Qısa tarixi
Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı.
Konstantinopolisin (bu günki İstanbul) ərəblər tərəfindən mühasirə edilməsində Bizans Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilənin pozulması səbəbindən bizanslılar ilə müharibələr oldu. IX əsrdə hakimiyyətə keçən Krum xan zamanında bolqarlar yenidən gücləndilər. Macarıstanı və Rumıniyanı ələ keçirdilər. 811-ci də Bizans Bizans İmperiyasını məğrubiyyətə uğratdılar. 813-cü ildə bu günki Ədirnəni alan Krum xan, 814-cü ildə Konstantinopolisi mühasirə etdi. Lakin mühasirə zamanı öldü. Yerinə oğlu Omurtaq xan keçdi. Xan Omurtaq dövründə daha da güclənən Dunay Bolqar Xanlığı, Dunayya köç edən slavyanlar arasında mənliklərini itirməyə başladılar. I Boris (852-889-ci illər) dövründə, 864-cü ildə rəsmi olaraq xristian olan bolqarlar başladılar. 1018-ci ildə Birinci Bolqar Dövləti dağıldı.
Hökmdarları
Asparux xan
Tervel xan
Kormesi xan
Sevar xan
Kormisoş xan
Vinek xan
Telets xan
Sabin xan
Umor xan
Toktu xan
Paqan xan
Teleriq xan
Kardam xan
Krum xan
Omurtaq xan
Malamir xan
I Presian xan
I Boris
Vladimir-Rasate
I Simeon
I Pyotr
II Boris
Roman
Samuil
Qavril Radomir
İvan Vladislav
II Presian
Tarix: 02.03.2015 / 18:56 Müəllif: Feriska Baxılıb: 267 Bölmə: Ümumi