İlk illəri
Bulqar xanları nominaliyasına görə Asparux Dulo sülaləsinə mənsub olub 61 il hökmdarlıq etmişdir. Asparux atasının ölümündən sonra 50.000 bulqar əsgəri ilə indiki Bolqarıstana girmişdir və Dunay deltasında məskunlaşmışdır. 680-ci ildə Onqal döyüşündə Bizans imperatoru IV Konstantini məğlub edən Asparux ölkənin içlərinə doğru irəliləməyə başlamışdı.
Hakimiyyəti
Asparuxun qələbəsi ona dövlət qurmağa imkan verdi. Müasir Bolqarıstan ərazisində Yeddi slavyan tayfası ilə müttəfiq olan xan 681-ci ildə imperator tərəfindən müstəqil hökmdar olaraq tanındı. Onun dövründə Pliska və Silistra şəhərləri salınmışdı. 701-ci ildə vəfat etmişdir.
Mediada
Asparux xan haqqında 1981-ci ildə Aszparuh trilogiyası çəkilmişdir. Asparux rolunu Stoyko Peyev ifa etmişdir.
Tarix: 02.03.2015 / 18:55 Müəllif: Feriska Baxılıb: 285 Bölmə: Ümumi