Bakı metrosunda partlayışlar — 1994-cü ildə Bakı metropolitenində baş vermiş terror aktları – partlayışlar mart və iyul aylarında baş vermişdir. Birinci partlayış martın 19-u "20 Yanvar" metro stansiyasında baş vermişdir, ikincisi iyulun 3-ü "28 May" və "Gənclik" stansiyalarının arasında baş vermişdir.
"20 Yanvar" stansiyasındakı partlayış
19 mart saat 13.00 da qatar stansiyada dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşür. Partlayış nəticəsində 14 nəfər həlak olmuş 49 nəfər yaralanmışdır. Həlak olanların arasında Azərbaycan respublikasının xalq Artisti Rafiq Babayev da olur.
İstintaq nəticəsində, "Sadval" separatçı təşkilatının üzvləri həbs olunur, istintaq zamanı məlum olur ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olmuş və orada onlara xüsusi təlim keçilmişdir.
Terror aktının icrasında və təşkilində iştraka görə, Azərbaycan respublikasının hüquq mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunmuşdur, onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarmışdır, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunublar.
İkinci partlayış
Əsas məqalə: Bakı metrosunda terror (3 iyul, 1994)
3 iyul saat 8.30 "28 May" stansiyasından çıxmış qatarın ikinci vaqonunda partlayış baş verir, partlayışdan sonra qatarda yanğın baş verir, terror aktı nəticəsində 13 nəfər həlak olmuş 58 nəfər isə yaralanmışdır.
Terror aktını törədməktə şübhəli bilinən Azərbaycan respublikasının vətəndaşı, Azər Aslanov Moskva şəhərində həbs olunur, və Azərbaycana ekstradisiya edilir.
1998-ci ildə Aslanov öz ifadələrində bildirir ki o, Bakı metropolitenində teror aktı törədmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına layiq görülmüşdür.
İstintaq nəticəsində müəyyən edilmişdir ki, 13 yanvar 1994 cü ildə Qarabağda erməni əsirliyinə düşmüş Azər Aslanov, Ermənistanda olarkən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilmişdir, belə ki, onu azad etmək bahanəsi ilə 16 iyun 1994-cü ildə anası Tədjibat Aslanova ermənilər tərəfindən Yerevana dəvət olunur, Azər Aslanova isə anasının qirov olduğunu və onun azad olunması üçün Aslanovun Bakı metropolitenində partlayış təşkil etməli olduğu bildirilir. Bundan sonra 3 iyul 1994 cü ildə, Yerevan Mineralniye Vodi, Bakı marşrutu ilə Aslanov erməni xüsusi xidmət orqanlarının hazırladıqları saxta sənədlərlə Azərbaycana qəlir, terror aktını törədir və Ermənistana qayıdır, yalnız bundan sonra onun qirovluqda saxlanan anası azad edilir və onlar Ermənistanı tərk edirlər. Terror aktının təlimatçıları, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olmuşlar.
Aslanovun ifadələri əsasında, məhkəmənin göstərişi ilə Zori Balayana qarşı cinayət işi açılır, 1999 cu ildə Azərbaycan respublikasının baş prokurorluğunun təqdimatı əsasında Balayan İnterpolun xətti ilə beynəlxalq axtarışa elan edilir. Daha sonra o, MDB dövlətlərində də, beynəlxalq axtarışa verilir.
2001 ci ildə Erməni tərəfinin müraciəti əsasında İnterpol Balayanı axtarışda olan şəxslər siyahısından çıxarır.
Tarix: 12.02.2015 / 15:11 Müəllif: Feriska Baxılıb: 187 Bölmə: Ümumi