Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sührəvərdiyyə

Sührəvərdilik – Azərbaycan təsəvvüf məktəbinə aid olan və dünyada ən geniş yayılmış sufi təriqətlərindən biridir. Qurucusu Şihabəddin Ömər Sührəvərdidir.

Şihabəddin Ömər Sührəvərdi Şeyx Əbülqahir Sührəvərdinin qardaşı oğludur. 1144-cü ildə Güney Azərbaycanın Zəncan şəhəri yaxınlığındakı Sührəvərddə doğulmuş, 1234-cü ildə sentyabr (məhərrəm) ayında vəfat etmişdir. Əmisi böyük alim Əbunnəcib Əbülqahir Sührəverdi onu təhsil alması üçün Bağdada aparmışdı. Burada bir çox dini elmləri öyrənən Şihabəddin Sührəverdi təsəvvüf elmlərini də əmisindən öyrənmişdir. Şihabəddin Sührəverdi fəqih, fazil, sufi, vəra sahibi, zahid, arif, həqiqət elmində zamanın şeyxi idi.

Çox ibadət edərmiş. Əlinə keçən malı, mülkü kasıb və möhtaclara paylayardı. Mənbələr onun Bağdaddakı bütün təkyələrin irşadda ən yetkin mürşidi sayıldığını qeyd edirlər. Şihabəddin Sührəverdiyə şeyxül-şüyux ,şeyxül-islam, şeyxül-iraq epitetlərinin verildiyini nəzərə alsaq, onun və yaratdığı təriqətin o dövrdəki təsiri aydınlaşar.

Onun sözlərinin təsiri ilə günahkarlar dərhal tövbə edirdi. Şəhabəddin Sührəverdi bir çox tələbə və mürşid yetişdirmişdi. Sultanlar yanında da böyük bir etibarı olan Sührəverdinin nail olduğu mövqe heç kəsə qismət olmamışdı. Abbasi xəlifəsi tərəfindən qonşu islam ölkələri ilə əlaqələri möhkəmləndirmək məqsədi ilə ona səfir vəzifəsi də verilmişdi. Sührəverdi ərəb dilində təsəvvüf və təriqətinin əsaslarnı açıqlayan əsərlər yazmışdı. Onun əsərləri bu dövrün ilk ədəbi-təsəvvüfi məhsulları sayılır.


Tarix: 09.02.2015 / 16:31 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Ümumi
loading...