Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saak Süni

Saak Süni — 821 - 831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasak Süninin kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831—832-ci illərdə ərəblərə qarşı Zəngi çayı sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir.

“Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik teri (zadəganı) Saak da var idi. Smbat və Sevada isə qaçaraq canlarını qurtara bildilər. Hul yenidən Dvinə döndü. Sünik teri Saakın cəsədi böyük patriarx David tərəfindən müqəddəs patriarxlıq evinə gətirilərək müqəddəs məbəd yaxınlığında dəfn edilmişdir. Saakdan sonra taxta, əzizləmə anlamında Supan ləqəbiylə adlandırılan oğlu Qriqor sahib çıxmışdır."
— Hovannes Drasxanakertçi, XXV


Tarix: 09.02.2015 / 16:38 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Ümumi
loading...