Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan müəllimlərinin VIII qurultayı

Azərbaycan müəllimlərinin VIII qurultayı — 26 yanvar 1967-ci ildə keçirilmişdir.

VIII qurultayın gündəliyindən
1967-ci ilin 26 yanvarında Bakıda Azərbaycan müəllimlərinin sayca VIII qurultayı başlamışdır. Azərbaycan KP MK, Respublika Ali Soveti Rəyasət Heyəti və Azərbaycan SSR Nazirlər Sovetinin təbriki ilə açılan qurultayda maarif naziri, akademik M.Mehdizadənin "Sov.İKP-nin XXIII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması haqqında" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə respublika ümumtəhsil məktəblərinin tədris-maddi bazasının möhkəmləndirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi, pedaqoji elmin inkişafı və s. məsələlər təhlil, təqdir və ya tənqid edilmiş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.

Qurultayda SSRİ maarif naziri, professor M.A.Prokofyev, Azərbaycan KP MK-nın katibi Ş.Q.Qurbanov, Bakı Xalq Maarif Şöbəsinin müdiri Y.Stolyarevskaya, Naxçıvan MSSR-in maarif naziri M.Bəktaşi, Şamxor RXMŞ müdiri T.Hacıyev, Bakıdakı 190 nömrəli məktəbin direktoru S.Tağıyeva, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri Z.Hüseynova, Latviya SSR-in maarif naziri M.Qedvilas, İsmayıllı RXMŞ müdiri İ.Həsənov, Tacikistan SSR-in xalq təhsil naziri R.Yusifbəyov, Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri T.Allahverdiyev, Estoniya SSR-in maarif naziri F.Eysen, Azərbaycan Yazıçılar İttifaqından H.Abbaszadə çıxış etmişlər.

Qurultay həmçinin mandat komissiyasının sədri R.Rəhimovun məruzəsini dinləmiş, geniş məzmunda qətnamə qəbul etmişdir.


Tarix: 12.02.2015 / 14:50 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Ümumi
loading...