Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan SSR əhalisinin siyahıyaalınması (1926)

28 may 1918-ci il - 28 aprel 1920-ci il tarixlərində suveren dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci il tarixində 11-ci qızıl ordu tərəfindən işğal edilərək süquta uğradı, onun ərazisinin çox hissəsini əhatə edən Azərbaycan Sovet Sosialist Respublikası təşkil edildi. 12 mart 1922 ci il - 5 dekabr 1936-cı il tarixlərində Azərbaycan SSR inzibati cəhətdən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil olan üç Cənubi Qafqaz Sovet Sosialist Respublikasından biri idi. Azərbaycan SSR 5 dekabr 1936-cı il tarixindən 30 avqust 1991-ci ildək müttəfiq respublika statusunda SSRİ tərkibinə daxil olmuşdur. 30 avqust 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. 18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının müstəqilliyi haqqında" Konstitusiya aktı qəbul olundu.
Ümumi
17 dekabr 1926-ci ildə SSRİ-də əhalinin ilk siyahıyaalınması aparılmışdır. Bu siyahıyaalınmada Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının tərkibinə daxil olan Azərbaycan SSR əhalisi də siyahıya alınmışdır. 1926-cı il siyahıyaalınması zamanı Azərbaycan SSR-nın ərazisi 85,968 km², faktiki əhalisi (Azərbaycan SSR ərazisində daimi yaşayan Azərbaycan SSR vətəndaşları, SSRİ-nın Azərbaycan SSR-dan kənardakı digər ərazilərində daimi yaşayan Azərbaycan SSR vətəndaşları, Azərbaycan SSR ərazisində daimi yaşayan SSRİ-nın digər ərazilərindən olan SSRİ vətəndaşları, Azərbaycan SSR ərazisində müvəqqəti yaşayan SSRİ-nın digər ərazilərindən olan SSRİ vətəndaşları, Azərbaycan SSR ərazisində müvəqqəti yaşayan SSRİ vətəndaşı olmayan əcnəbilər birlikdə) isə 2,314,571 nəfər (1212859 nəfəri kişilər, 1101712 nəfəri qadınlar) olmuşdur. Faktiki əhalinin 649,557 nəfəri (338325 nəfəri kişilər, 311232 nəfəri qadınlar) şəhərlərdə, 1,665,014 nəfəri (874534 nəfəri kişilər, 790480 nəfəri qadınlar) isə kəndlərdə yaşayırdı. Siyahıyaalınma zamanı Azərbaycan SSR ərazisində 35 şəhər və 5788 kənd yaşayış məntəqəsi mövcud olmuşdur.

Göyçay qəzası
Siyahıyaalınmanın yekunlarına əsasən etnik kimliyni türk olaraq qeyd edənlərin ana dilinə görə bölgüsü:
Ana dilini türk dili olaraq göstərənlər: 154,966 nəfər
Ana dilini tat dili olaraq göstərənlər: 2,145 nəfər
Ana dilini kurə dili olaraq göstərənlər: 799 nəfər
Ana dilini cek dili olaraq göstərənlər: 571 nəfər
Ana dilini fars dili olaraq göstərənlər: 10 nəfər
Ana dilini rus dili olaraq göstərənlər: 4 nəfər
Ana dilini digər dillər olaraq göstərənlər: 57 nəfər
Ana dilini bildirməyənlər: 444 nəfər

Lənkəran qəzası
Siyahıyaalınmanın yekunlarına əsasən etnik kimliyni türk olaraq qeyd edənlərin ana dilinə görə bölgüsü:
Ana dilini türk dili olaraq göstərənlər: 103.862 nəfər
Ana dilini talış dili olaraq göstərənlər: 4.734 nəfər
Ana dilini fars dili olaraq göstərənlər: 8 nəfər
Ana dilini kurə dili olaraq göstərənlər: 4 nəfər
Ana dilini rus dili olaraq göstərənlər: 1 nəfər
Ana dilini bilidirməyənlər: 2.572 nəfər


Tarix: 12.02.2015 / 14:41 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Ümumi
loading...