Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çobanilər sülaləsi - Siyasi tarixi

Elxanlı İmperiyasının son zamanlarında hakimiyyət uğrunda mübarizələr nəticəsində Çobanilər sülaləsi hakimiyyəti ələ keçirib dövləti Elxanlılar adına bir müddət idarə etdi. Çobanilər sülaləsi türk-monqol mənşəli olduğu tahmin edilən "Sulduz" boyundandı.

Dövləti hələ Əbu Səidin dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər. Lakin 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357) Şirvanşah Kavusla (1345-1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Hülakü dövlətinin mövcudluğuna son qoyulur. Hülakü dövlətinin əvəzinə Cəlarilər dövləti (1336-1432) meydana gəlir. Dövlətin mərkəzi Azərbaycan, baş şəhəri isə Təbriz idi.Nəticədə Hülakülər dövlətinin ərazisində qoşa və çoxpadşahlılıq meydana çıxdı.Sonralar Hülakü səltənətini mühafizə etmək bəhanəsi ilə aparılan mübarizələrdə Çobanilər,Cəlairlər və Xorasan əmirlərinin başçılıq etdikləri feodal qrupları daha fəal iştirak etdilər.


Tarix: 09.02.2015 / 16:25 Müəllif: Feriska Baxılıb: 35 Bölmə: Ümumi
loading...