Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaz fəsli insanlara necə təsir göstərir? — Psixoloq danışır
Yaz fəsli insanlara necə təsir göstərir? — Psixoloq danışır

Yazın gəlişinin insanlara təsiri barədə psixoloq Tariyel Faziloğlu danışıb.

Bu fəsil hormonal inkişafı sürətlənir. Bu da sinir sistemində yüklənmənin artmasına, bədənlə psixoloji tarazlıq arasında yaranan uçurumun dərinləşməsinə səbəb olur. Buna görə də insanlar, əsasən də yeniyetmələr daha aqressiv, əsəbi, tərs olurlar".

"Yaz fəsli yeniyetmələrdə pessimistlik yaradır".

"Bu cür havalar yeniyetmələrdə pessimistliyə olan meyli artırır. Yazda insanlarda psixoloji olaraq özünütəsdiqə ehtiyacı yaranır.

Bu dönəmdə hər kiçik uğursuzluq insanlarda ağır depressiv hallara gətirib çıxarda bilər. Ona görə də, bu fəsildə maksimum istirahət etməyə ehtiyac var".

Psixoloq bu fəslin işsiz qalan insanlara təsirindən də danışıb.

"Bu fəsil işsiz qalanlara daha çox təsir göstərir. Belə ki, digər fəsillərlərdən fərqli olaraq, yaz ayında işini itirən insanlar daha çox depressiyaya düşürlər".

Bəs yazın yaşlı insanlara təsiri necə olur?

"Sözügedən fəsil yaşlı insanlara isə tam fərqli təsir edir. Belə ki, 55 yaş üzəri olan şəxslərdə müəyyən fəsadların üzə çıxması qeydə alınır. Bu həm allergik xəstəliklərdə, həm də duyğusal baxımdan özünü göstərir".


Tarix: 27.04.2015 / 12:10 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Ümumi Psixologiya
loading...