Hər insanın içində kəşf edilməmiş bir qabiliyyətlər xəzinəsi vardır. Bundan tamamilə faydalana bilən insanların sayı çox təəssüf ki çox azdır. Bunun səbəbi ya bu xəzinənin fərqinə çata bilməyişimiz, ya da onu inkişaf etdirmək üçün lazımlı məlumata sahib ola bilməyişimizdir.
Böyüməmiz və inkişafımız eynilə bir ağac kimidir. Bu ağacın, üzərində xeyli çox budaq və yarpaqları olan sağlam bir ağacmı, ya da bəstəboy bir bitkimi olacağına qərar vermək sizin əlinizdədir.
Həyat ağacınız 4 hissədən meydana gələr.
1. KÖKLƏR: Həyata baxış bucağınız
2. TORPAQ: Ətrafınız
3. GÖVDƏ: Fərdi hədəfləriniz
4. BUDAQLAR: Məlumat və bacarıqlarınız
KÖKLƏR: Həyata baxış bucağınız
Ağacınızın xeyli çox kökü vardır, ya da başqa bir deyimlə bir-birindən fərqli bir çox tutumunuz vardır. Bəzi köklər digərlərinə nisbətlə daha tez böyüyərlər.
Ən təsirli köklər həyata ən müsbət dünyagörüşü; "daha müsbət olmağa çalışacağam, özümü işə həsr etmək istəyirəm, yaxşıyam, həyatımın məsuliyyətini daşıyıram və mən qazanan bir adamam", sözlərini söyləyib yaşamağa başladığınız anlardır.
Ən səmərəsiz köklər isə; "həyata mənfi bir yanaşmam var, özümü hər hansı bir şeyə həsr etməyi düşünmürəm, mən itirən bir adamam" sözləriylə yaşamağa başladığınız zamanlardır. Kökləriniz nə qədər təsirlidir? İnkişafınıza iştirak edirmi?
İnkişaf üçün köklərin öz içində güclü ünsiyyəti və fəaliyyəti şərtdir. Güclü köklər ağacın inkişafını, fırtınalarda sapsağlam ayaqda qalmasını və uzun illər yaşamasını təmin edər.
TORPAQ: Ətrafınız
Ağacınızın böyüməsi yalnız köklərin gücləndirilməsinə deyil, eyni zamanda içində yetişdiyi torpağın keyfiyyətinə də bağlıdır. Torpaq gübrələnilmək istər. Bir kök xüsusilə inkişafınızı, fəaliyyətinizi və xoşbəxtliyinizi təyin edər. Bu kök sizin öz hörmətlinizdir, özünüzü yaxşı hiss etmənizdir. Əgər özünüzü yaxşı hiss etsəniz yaxşı nəticələr ortaya çıxardarsınız. Özünüzü və başqalarını inkişaf etdirmə və mənfi vəziyyətlərlə başa çıxa bilmə bacarığınızı gücləndirərsiniz. Başqaları tərəfindən qəbul edilməniz, "mən yaxşıyam" hissinizi inkişaf etdirən ən uyğun torpaqdır. Təbii olaraq hər kəs öz inkişafından məsuldur və bəzi insanlar başqalarından gördükləri kiçik bir əlaqə ilə belə özlərini çox yaxşı hiss edə bilərlər. Etməniz lazım olan öz özünüzdə güvən duyğusunu qüvvətləndirərək mən yaxşıyam duyğusunu inkişaf etdirməkdir. Başqalarının həyat ağaclarını bəsləmə və inkişaf etdirmə gücü də sizin öz əlinizdədir.
GÖVDƏ: Həyatdakı hədəfləriniz
Həm bütün hədəflərinizin tərifi və həm də bunları bacarmaq üçün göstərdiyiniz səy həyatınızda çox əhəmiyyətli bir rol oynayar. Bunlar inkişafınızın, məhsuldarlığınızın və xoşbəxtliyinizin təməl daşlarıdır. Fərdi hədəfləriniz həyat ağacınızın gövdəsidir. İnsanların çoxu həyatları üçün daha çoxunu istər ancaq daha çoxun nə olduğunu bilməzlər. İnsanlar "böyük bir hədəfim var" dediklərində bu ümumiyyətlə yeni bir ev, iş ya da avtomobil kimi maddi yetərliyə söykənən hədəfdir. Həyatdan daha çox kef almaq ya da insanlarla daha yaxşı əlaqələr qurmaq kimi maddi olmayan hədəflərin təyin olunduğuna çox nadir olaraq rast gəlinər.
Hədəflərə çata bilmənin ən təsirli yolu çox yaxşı təyin olunmasından keçər. Həyatın hər mərhələsi fərqli dəyişikliklər keçirdiyi üçün hədəflərin nizamlı olaraq və tez-tez nəzərdən keçirilməsi lazımdır. Burada öyrənməmiz lazım olan, sağlamlığımız, xoşbəxtliyimiz, təhsilimiz, bacarıqlarımız işimiz, karierimiz gəlirimiz, ehtiraslarımız, ailəmiz, yoldaşlarımız haqqındakı bütün hədəflərimizi təyin edə bilmək və aktuallaşdırmaqdır.
BUDAQLAR: Həyat bacarıqlarınız
Böyüyüb inkişaf edə bilmək üçün insanların bir silsilə təməl həyat bacarığına ya da budaqlara ehtiyacı vardır. Necə plan edəcəkləri, prioritet təyin edəcəkləri, dəyişiklik etməyi, fərqli dünyagörüşləri meydana gətirməyi, qərar verməyi və şərh etməyi, öyrənməyi, xatırlamağı, yekunlaşdırmağı, ünsiyyət qurmağı, problem həll etməyi, keyfiyyət çıxarmağı, təyin etməyi və hətta öz intizamı istifadə etməyi, yaradıcı və elastik olmağı, dözümlülük göstərməyi və streslə yaşaya bilməyi öyrənmələri lazımdır. Bu budaqların həyat ağacının inkişafında çox əhəmiyyətli bir rolu vardır. Budaqlar inkişaf edərək yeni budaqlara çevrilərlər. Həyat bacarıqlarının inkişaf etdirilməsinin fərdi inkişaf üçün nə qədər əhəmiyyətli olduğunu görmək və bu bacarıqların inkişafı ilə həyat keyfiyyətinizi yüksəltmək sizin əlinizdə olacaq.
Tarix: 05.12.2014 / 15:46 Müəllif: Aziza Baxılıb: 54 Bölmə: Ümumi Psixologiya