Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abituriyent necə uğur qazanar?

Uğur əldə etmək üçün sistemli və planlı olmaq lazımdır. Sistemli və planlı hazırlaşmağın ən yaxşı yolu, bir hazırlıq proqramına sahib olmaqdır. Tərtib etdiyiniz çalışma proqramının sizi qələbəyə aparması üçün əvvəlcə uğursuzluğa səbəb olan amilləri aradan qaldırmalısınız.
Bu mənfi amillər bunlardır.
• İlkin hazırlıq etməmək.
• Mövzunu tam qavramamaq.
• Dərsə qulaq asmamaq.
• Qeyd aparmamaq.
• Bilik bazasının azlığı.
• Mövzuları təkrar etməmək.
• Böyük adamlar heç bir işi yarımçıq qoymurlar.
İlkin hazırlıq

tələbə qızDərsdə müəlliminizin danışacağı dərslə bağlı əvvəlcədən qısa məlumat toplayın.Beləliklə dərs başa salınarkən mövzuya yad qalmaz, ümumi məlumatlardan xəbərdar olarsınız. Məsələn, fikirlər, adlar, ya da qaydalar qabağınıza çıxdığı zaman onları daha asan başa düşərsiniz. Bu davranış dərsi dərsdən sonra da xatırlamağınıza kömək edəcək. Dərsdə danışılacaq mövzu ilə əlaqəli ilkin oxuma edərək, izah edilməsini istədiyiniz sualların nələr ola biləcəyini düşünün və bu suallarınızı mütləq cavablayın. Beləliklə məlumatları asanlıqla öyrənər, biliklərinizin qalıcı olmasına zəmin yaradarsınız. Nəticədə məktəbdə və ya kursda keçiləcək mövzunu əvvəlcədən gözdən keçirmək, qavramanızı asanlaşdıracaq, öyrəndiklərinizin daimi olmasını təmin edəcək.

Dərsi dinləmək

Öyrənməyə təsir edən ən vacib amillərdən biri də dərsi diqqətlə dinləməkdir. Məsələn, dərs başa salınarkən başqa işlərlə məşğul olaraq, dərsə qulaq asmamaq öyrənməli olduğunuz məlumatların daha sonra bundan da artıq vaxt sərf edərək öyrənməyinizə səbəb ola bilər. Bu səbəblə də eşitmək və dinləmək arasındakı fərqi yaxşı qavrayıb, sizə danışılanları sadəcə eşitməklə kifayətlənməməlisiniz. Dərsə qulaq asarkən mövzular arasındakı oxşar və fərqli tərəfləri düşünüb, fikir bildirərək öyrəndiklərinizi daha qalıcı hala sala bilərsiniz. Müəlliminizin dərsdə keçdiyi mövzunu, dərsin sonunda xatırlamırsınızsa, deməli müəllimin dediklərini eşitmiş, ancaq qulaq asmamışsınız. Bildiyini kiməsə danışmaq və ya bu haqda nəsə soruşmaq biliyi möhkəmləndirir.

Qeyd aparmaq

Nizamlı olaraq qeyd aparmaq dərsdə öyrəndiklərinizi öz başa düşəcəyiniz şəkildə yadda saxlamağınıza kömək edər. Dərsdə edilən qeydlər məlumatların qalıcı hala gəlməsində böyük rol oynayır. Qeyd etmək, dərsə qulaq asmaq dərsin keyfiyyətini artırır. Eyni zamanda oxuyarkən qeydlər aparmaq da bilikləri qalıcı hala gətirir. Dərsdə edilən qeydlər, dərsin vacib qismlərinin müəyyənləşdirilməsində şagirdə kömək edir. Müəllimlər adətən dərsdə üstünlük verdikləri mövzuları daha sıx təkrar edirlər və imtahanda da məhz bu suallardan daha çox çıxır.

Təkrar

mütləq imtahanda qəbul olmalısanÖyrənmədə təkrar vacibdir. Öyrəndiklərinizi həmişə təkrar edin.Həmçinin həftəlik və aylıq təkrarlar edin. Beləliklə nələri nə qədər tez unutduğunuzu daha rahat görə bilərsiniz.Bu səbəblə sistemli bir təkrar proqramı hazırlayın.
Nəticə olaraq, öyrəndiyiniz məlumatların unudulmaması üçün təkrar etməlisiniz. Unudulan məlumatı yenidən öyrənmək əvəzinə, təkrar edərək unutmamaq daha asandır və daha az vaxtınızı alar.

Məlumat bazasının azlığı

Məlumatınızın yetərsiz olmağı, bilik səviyyəsindən bəlli olur. Bilik səviyyəniz aşağıdırsa, deməli, məlumat əksikliyi var və bu mütləq aradan qaldırılmalıdır. İlk olaraq, məlumatınızın kifayət qədər olmadığı dərsləri və dərsin mövzularını müəyyənləşdirməlisiniz. Bu mövzuları həftənin müəyyən günlərinə bölüşdürərək oxumalısınız. Nəticədə isə sınaq imtahanlarınızın balı düzələcəkdir. Əsas olan təkcə oxumaq deyil, nizamlı və faydalı oxumaqdır. Nəyi, necə hazırlaşmalı olduğunuzu bilirsinizsə, yükünüz bir az azalmış olar.

Test üsulu

Sınaq imtahanında hələ istədiyiniz balı toplamamısınızsa, bunun bir çox səbəbləri olmalıdır:
• Mövzulara hakim deyilsiniz.
• Məlumat sahibi olduğunuz mövzular arasında əlaqə qura bilmirsiniz.
• Oxuduqlarınızı xatırlamırsınız.
• Keçilən mövzularla əlaqəli kifayət qədər test eləmirsiniz.
• İmtahanda vaxtdan səmərəli istifadə etmirsiniz.

İmtahanda ən böyük rəqibiniz vaxtdır. Vaxtınızı səmərəli istifadə etməyin ən effektli yolu bildiyin testdən başlamaqdır. Ümumi bir prinsip olaraq, bildiyin testdən başlamaq hər şagirdin imtahanın başında olan həyəcanını aradan qaldırır.
Sual həll etmə bacarığınızı artırmaq öz əlinizdədir Hazırlaşmağınıza baxmayaraq umduğunuz qədər sual yaza bilmirsinizsə, çox səhv edirsinizsə, səhv etmə səbəblərinizi araşdırmalısınız. İmtahanda sualların həll edilməməsinin başlıca səbəbi:
• Həll etmək üçün lazımi məlumata sahib olmamaq.
• Lazımi məlumatlara sahib olmağınıza baxmayaraq, bunları xatırlamamaq.
• abituriyentMəlumatın necə istifadə ediləcəyini bilməmək.
Əgər əsas probleminiz kifayət qədər bazaya sahib olmamağınızdırsa, vəzifəniz imtahana qədər lazımi məlumatları toplamaqdır. Bu isə ancaq proqramlı hazırlaşmaqla mümkündür. Əgər əsas probleminiz bildiklərinizi imtahanda xatırlamamaqdırsa, təkrar vərdişinizi gözdən keçirməlisiniz. Rejimli təkrarlar etmədiyiniz üçün bildiklərinizi unutmuş ola bilərsiniz. Əgər əsas probleminiz məlumatları xatırlamağınıza baxmayaraq bunları suallarda tətbiq edə bilməməkdirsə, oxumaq vərdişinizi gözdən keçirməlisiniz. Məlumatları başa düşmədən əzbərləmiş ola bilərsiniz. Əksiklərinizi yalnız çoxlu sual həll edib, öyrəndiklərinizi istifadə edə bilmə gücünüzu inkişaf etdirərək aradan qaldıra bilərsiniz. Bu da evdə təkrar etməyin nə qədər vacib olduğunu göstərir.


Tarix: 05.12.2014 / 15:31 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Ümumi Psixologiya
loading...