Frederick Smith 1944-cü ildə Mississipidə doğulmuşdur. Erkən yaşda atasını itirmiş, özü də kiçik yaşda sümük xəstəliyinə tutulmuşdur. Yale Universitetinə getdiyi zaman, onlardan gələcəkdə nə etmək istədikləri mövzusunda bir tapşırıq hazırlamaları istənmişdi. Frederick, Amerikanı əhatə edən bir çatdırılma şəbəkəsi qurmaq istədiyi haqda yazmışdı. Bu tapşırığı görən professoru, onun kağızına baxdıqda başını yelləyərək, «qeyri-mümkün bir şey düşünürsən» dedi və aşağı qiymət verdi. Frederick, Yaledən məzun olduqdan sonra Vyetnamda vuruşan Amerikan birlikləri arasında təyyarə ilə iki yüzdən çox səfər etdi.
Sonra 1970-ci ildə iş həyatına atıldı və işin mütəxəssislərinə Yale Universitetində tələbəykən imtahan kağızına yazmış olduğu xəyalından bəhs etdi. Belə ki, onun fikrini bəyəndilər və dərhal tətbiq etməyə başladılar. Təyyarə və yük maşınlarını satın almaq üçün çox pul xərclənib. Bu işdə çalışan personalın ödənişi də yüklü bir məbləğ tuturdu. Lakin Frederick, müsbət düşünən, daim «Mən edə bilərəm!» deyən bir insan olaraq, bir çox adamı bu işə pul yatırtmağa razı salmışdı.
Lakin 1973-cü ildə, ilk təyyarə ilə səfərə çıxdığı zaman, Yale Universitetində ona bu işin baş tutmayacağını söyləyən professorun söylədikləri reallaşdı. Bu iş üçün 25 təyyarə alınmasına baxmayaraq, ilk səfərdə ancaq on səkkiz paket gəlmiş, hətta bütün dünyanı sarsıdan o məşhur neft böhranı baş vermiş və daşıma ödənişləri çox yüksəlmişdi. İşlər o qədər pis gedirdi ki, şirkət təyyarələrə yanacaq alacaq pulu tapa bilmir, pilotlar təyyarələrinə öz fərdi kredit kartlarıyla yanacaq alırdılar.
Bu gün şirkətin sərvəti 8 milyard dollara çatıb. Şirkətdə səksən beş mindən çox işçi çalışır, ildə daşıdığı paket sayı yarım milyona çatmış vəziyyətdədir. Bu paketlər dünyanın hər tərəfindəki ölkələrə böyük bir planla daşınır.
Tarix: 05.12.2014 / 16:36 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Ümumi Psixologiya