Cahiliyyə cəmiyyətində insanların böyük əksəriyyəti hər hansi bir insanin sözü və davranışı onlari hirsləndirdiyində evin və şkafların qapılarını çirpmaq, qarşısındakı insana soyuq davranmaq, danışmamaq, özləri üçün hazırlanan yeməyi yeməmək, edilməsi lazım olan işi etməmək kimi hərəkətləri heç çəkinmədən edə bilirlər. Quran əxlaqınıb ilən insanlar isə bu davranışların mömin əxlaqına yaraşmadığını bildiklərindən bu tərz hərəkətlərə yol vermirlər. Səmimi imana sahib olmayan bəzi insanlar isə, Quran əxlaqına uyğun olmadığını bilə-bilə etirazlarina davam etməkdən çəkinmirlər. Amma bunu o qədər də biruzə vermirlər, daha çox kobud, sakit, səssiz davranışlar edirlər. Belə ruh halında olan insan ona bir sual verildiyində düz və dolğun bir cavab vermir.
Bəzən qısa və yersiz cavab verir, bəzən də "bilmirəm", "bəli" ya da "xeyr" kimi qısa cavablarla cavablandıraraq qarşı tərəfə hiyləgərcə etiraz edir. Burada məqsəd cavab verirmiş kimi görünmək və özünə "niyə cavab vermirsən" deyə soruşulsa "cavab verdim " deyərək qarşı tərəfi haqsız göstərməyə çalışmaqdır. Bəzən də soruşulan suala cavabını müəyyən şəkildə gecikdirərək verir. Niyə susduğu, ya da gec cavab verdiyi soruşulduğunda da "düşünürdüm", "söyləyəcəyim şeyi xatırlaya bilmədim" kimi yenə səmimiyyətsizliyi müəyyən olan, amma qəti olaraq isbat edilə bilməyəcək bəhanələr önə sürər. Hər kəsin gülüb əyləndiyi bir mühitdə o içindən gəldiyi kimi əylənməz, yalnız təbəssüm etməklə kifayətlənər, ağır və soyuq davranar. Ancaq niyə belə davrandığı, bir çətinliyi olub olmadığı soruşulduğunda, heç bir şey olmadığını söyləyərək qarşı tərəfə kinayəli bir cavab verər.
Bəzən də narahat və ya yuxusuz olduğu şəklində bəhanələr gətirərək etirazını isbat edilə bilməz hala gətirəcək bir yalan uydurar. Bu vəziyyətdə davranışına dair özünə tənqid deyilsə, qəsdən bir şey etmədiyini, narahat olduğu üçün o şəkildə davrandığını söyləyəcək. Belə çirkin hərəkətlər edən kəslər bilməlidirlər ki, göstərdikləri bu əxlaqın çətinliyini çəkən də yenə yalnız özləridir. İnsanların çoxu, əllərində açıq bir dəlil olmasa belə qarşılarındakı adamın gizlidən gizliyə səmimiyyətsiz davrandışlarını anlayar. Mömin olanlar, Quran əxlaqına uyğun olaraq bu tərz kəslərə fayda verəcək, onları gözəl əxlaqa dəvət edəcək şəkildə səmimiyyətlə cavab verər. Və gözəl əxlaq göstərmənin hüzurunu yaşayar. Gizli səmimiyyətsizliklərinə davam edən adamın özü isə başqalarına etirazını bildirsin deyə içindən gəldiyi kimi əylənə bilməz, gülə bilməz, danışa bilməz. Hadisələri, ya da insanları həmişə mənfi gözlə qiymətləndirdiyi üçün gözəllikləri görə bilməz, bunlardan zövq ala bilməz. Hər şeyi çətinlik hesab edib, həmişə sıxıntı və əzab içərisində yaşayar. Belə olan halda bu, insanın öz əliylə özünə zülm etməsidir. Bu kimi davranışlarin tək həlli, insanın Allahdan qorxaraq Quran əxlaqına yönəlməsidir. Ancaq səmimi qəlblə Allaha yönələn və Onun razı olmayacağı hər şeydən tamamilə çəkinən insanlar dünyada və axirətdə hüzur və xoşbəxtlik tapa bilərlər.
Tarix: 27.11.2014 / 11:44 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Ümumi Psixologiya