Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ölüm ya olum"

Əlbəttə ki, həyatda uzun illər çətinliklərlə qarşılaşmaq da olar, uzun illər bu çətinliklərin ağrısı ilə yaşamaq da. Ancaq həyatımızın müəyyən mərhələsində bir qərara gəlməli və gələcəyə «yolumuzu açmaq» üçün hər şeyi unutmalıyıq. Hətta, lazım gəlsə, bu yolda dəyişməyə də hazır olmalıyıq. Lap qartallar kimi...eagle

Qartal quşlar arasında ən uzunömürlü olanlardandır. Hətta, 70 ilə qədər yaşayan qartallar da yox deyil. Ancaq bu yaşa çatmaq üçün qartal 40 yaşında çox ciddi və çətin bir qərar qəbul etməlidir. Çünki bu yaşa çatanda qartalın pəncələri sərtləşir. Və buna görə də, o, ovunu tuta bilmir. Təbii ki, məsələ bununla da bitmir. 40 yaşına çatanda qartalın dimdiyi uzanır və əyilir, qanadları yaşlanır və ağırlaşır, tükləri pırtlaşır və qalınlaşır. Bu yaşdan sonra qartal artıq uça bilmir. İndi o iki yoldan birini seçməlidir. Yəni, ya ölməli ya da «yenidən doğuş»un acı və çətin sınağına dözməlidir...

Bu «yenidən doğuş» təqribən 150 gün davam edir. Əgər qartal yaşamağı seçirsə, bir dağın təpəsinə qalxır və orada artıq uçmasına ehtiyac olmayan bir yerdə yuva qurur. Bu yeri tapdıqdan sonra qartal dimdiyini sərt bir qayaya vurmağa başlayır. Nəticədə, qartalın dimdiyi düşür. Qartal bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxandan sonra yeni dimdiklə dırnaqlarını çıxarır. Yeni dırnaqlar çıxanda isə qartal bu dəfə tüklərini yolmağa başlayır. 5 ay sonra isə qartal ona 20 il, bəlkə də daha uzun bir həyatın yolunu açan məşhur uçuşuna hazır olur...

Əgər siz də dəyişməyi qərara alırsınızsa, bütün gücünüzü toplayın və keçmişinizi «həyatınızdan çıxarın». Deməli, artıq dəyişməyə başlamısınız…


Tarix: 05.12.2014 / 16:16 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Ümumi Psixologiya
loading...