Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ümidinizə Şans verin

Fars padişahının əmriylə iki adam ölüm hökmünə məhkum edilir. Padişahın atını çox sevdiyini bilən məhkumlardan biri həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən Padişah bu təklifi qəbul edir..Digər məhkum isə bərəlmiş gözlərlə yoldaşına baxaraq «Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən „
Birinci məhkum “ Xeyr, Mən özümə dörd azadlıq şansı verirəm.
Birincisi: Padişah bu il ölə bilər.
İkincisi: Mən ölə bilərəm.
Üçüncüsü: At ölə bilər .
Dördüncüsü… „Bəlkə ata uçmağı öyrədə bildim! “

Ümidlərimizin heçvaxt tükənməməsi diləyi ilə Sağolun...


Tarix: 05.12.2014 / 15:49 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Ümumi Psixologiya
loading...