1. Hər kəsin xəyalını gerçəkləşdir
2. Yaxşı olar ki, buna inanasan
3. Müştəri yox, hər zaman qonaq
4. Hamımız birimiz üçün, birimiz hamımız üçün
5. Səhnəni paylaş
6. Cəsarət etməyə cəsarət et
7. Təcrübə, təcrübə, təcrübə
8. Öz filini uçur
9. Eskizlərinlə sehri tut
10. Ən yaxşı hesabın təfərrüatlarını ver
“Disney yolu” adlanan kitablarında müəlliflər Capodagli və Jackson Disney şirkətində olan liderlik və həvəsləndirici strategiyaları gözdən keçirir. Onun banisi Uolt Disney milyardlarla dollar gəliri olan cizgi filmi istehsal edən studiyanın dahi yaradıcısıdır. Müəlliflər digər şirkətlərə inteqrasiya olmuş, uğurla istifadə etdikləri Disney idarəçilik prinsiplərini nəzərə çatdırırlar.
Müəlliflər açıqlayır ki, Uolt Disney öz işini bu 4 konsepsiya ilə idarə etmişdir: xəyal et, inan, cəsarət et və həyata keçir. Bu konsepsiyalar Disneyin ölümündən 40 il keçməsinə baxmayaraq bu gün də hər bir Disney strategiyasının ürəyi olaraq qalan 10 idarəçilik prinsipinin əsası olmuşdur. 10 ayrıca prinsipin qeyd olunmasına baxmayaraq, müəlliflər prinsiplərin qarşılıqlı əlaqəsinin vacibliyini vurğulayır.
Disneyin ilk idarəçilik prinsipi: «hər kəsin xəyalını gerçəkləşdir».
Bu prinsip şirkət üzvlərinin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməsinə imkan yaradılmasının vacibliyini vurğulayır. Disney şirkətində yeganə məqsədi kreativ ideyalar üzə çıxarmaq olan yüzlərlə “yaradıcılar” fəaliyyət göstərir. Lakin bu kreativ ruh təkcə “yaradıcılar”la məhdudlaşmır. Şirkət bütün çalışanlarına yaradıcılıq mədəniyyətini aşılayır. Bu iştiraka həvəsləndirir və sənaye rəqibləri ilə müqayisədə azalan dövriyyə faizinə görə etibarlıdır.
Disney qəhrəmanları
İkinci prinsip, “yaxşı olar ki buna inanasan” təməl inamların və şirkətin əsas dəyərlərinin aydın başa düşülməsinin əhəmiyyətini tədqiq edir… Məhsul və xidmətin mükəmməlliyi hər bir işçinin prioritetlərinin müəyyən olunma metodları və gözləntilərinin anlaşılmasından asılıdır.
Disney üçüncü olan “müştəri yox, hər zaman qonaq” prinsipi ilə idarə olunur. Bugünə qədər Disney istirahət parkına gələn hər kəs müştəri yox qonaq adlandırılır. Uolt Disney qonaqlarının istək və ehtiyaclarını anlamaqda mahir idi. O inanırdı ki, qonaqlar hörmət və səmimiyyətə layiqdirlər. Müəlliflər qeyd edir ki, şirkətin müştərilərinə necə dəyər verməsini tədqiq etmək üçün ən yaxşısı birinin yalnız bu şirkətin şikayətlərini necə yoluna qoyduğunu dəyərləndirməsi lazımdır. Disney başa düşdü ki, qonaqların problemlərini həll etmək innovasiyaya yol açır.
Dördüncü prinsip olan “hamımız birimiz üçün, birimiz hamımız üçün” komanda işinin vacibliyini və işçilərin səlahiyyətlərini ön plana çıxarır. Komanda işi sıx bağlılığın, ruh yüksəkliyinin və öhdəliyin təşviqi üsulu kimi təsvir olunur. Çünki Disney şirkətində əsas məqsəd odur ki, hər bir qonaq yadda qalan və xoş macəraya sahib olsun. Bu hər kəsin məsuliyyətinə çevrilmişdir. Kitabda qeyd olunur ki, hətta Baş icraçı direktor Maykl Eisner də buna vadar edilmişdir. Maykl Eyster həmçinin işçilər arasında səlahiyyətin möhkəmləndirilməsi işində Uolt Disneyin mirasını davam etdirir. Disney istirahət parklarının birində gəzib dolaşmaq, ön cərgədəki işçilərlə sorğu sual etmək və fikirlərini almaq onun üçün adətdən kənar bir şey deyildi.
Disney idarəçiliyi digər şirkətlərlə əməkdaşlığın vacibliyini vurğulayan “səhnəni paylaş” fikrini beşinci prinsip olaraq qəbul etmişdir. Disney musiqi qrupundan istifadə əvəzinə Filafeldiya Flarmoniyası “Fantaziya” Disney filminin uğurunda önəmli partnyor oldu. Digər böyük partnyorlar General Motors, Nestle və Mattel oldu. Böyük yaxud kiçik olmasından asılı olmayaraq, hər bir Disney dəstəkçisinə hörmətlə yanaşılır. Disney istirahət parklarında xüsusi qəbul əraziləri vardır ki, burada istehsalçılar qeydiyyatdan keçir, istiqamətlərini müəyyən edir, qəhvə alır və telefondan istifadə edir. Baxmayaraq ki, həmfikir insanlarla əməkdaşlıq ağırdır, Uolt Disney başa düşdü ki, əməkdaşlıq imkanları genişləndirməyə kömək edir.
Disney şəhzadələri
Altıncı prinsip olan “Cəsarət etməyə cəsarət et” risk almanı yenilikçi ideyaları inkişaf etdirmək metodu kimi həvəsləndirir. Baxmayaraq ki, şirkətin uğuru Uolt Disneyin etdiyi risklərin nəticəsidir, o vurğulayır ki, risklər hesablanmış, möhkəm əsaslara söykənməlidir. Uolta görə, zəruri ticarət nişanı odur ki, risk onun “ailə əyləncəsi” testindən keçmiş olsun.
Yuxarıda qeyd olunmuş prinsiplərin çoxu formal və davamlı hazırlığın vacibliyini vurğulayan yeddinci prinsipdən asılıdır:“Təcrübə, təcrübə, təcrübə”. İşçilərə “Disney məktəbi”ndə təlim keçirilir. Disney ənənələrinə yönələn, şirkətin əqidəsini və əsas dəyərlərini təlqin edən bütöv bir təlim günü vardır. Hiss olunur ki, yeni qazanılan məşq, təcrübə və tanıma ilə möhkəmlənmiş bacarıqlar bir gün vərdişə çevriləcək. İşçi gözlənilən səviyyədə məsuliyyət nümayiş etdirmədikdə özək təlim yenidən yoxlanılır.
Səkkizinci prinsip “öz filini uçurt” planlamanı nəzərə çatdırır. Uzunmüddətli görmə qısamüddətli icralarla həyata keçirilməlidir. Uolt Disney etiraf etdi ki, baxmayaraq yaradıcılıq inkişaf etmək üçün yer tələb edir, ideyalar nəsli ümumi prosesin bir hissəsindən ibarətdir və dəqiq idarəçilik tələb edir. Bu Layihə Rəhbərliyi Prosesi hər kəsin ümumi maraq üçün işlədiyi kommunikasiyanı və bütöv düşünməni asanlaşdırır.
“Eskizlərinlə sehri tut” Disneyin doqquzuncu idarəçilik prinsipidir. O həll yolları meydana gətirən və kommunikasiyanı artıran eskiz texnikasının bir metod kimi faydasını vurğulayır. Bu gün bu texnika bir çox təşkilatlanmış hərəkat ərazilərinə yayılmışdır. Bu maneələrin analitikasında və komanda həllinin yaradılmasında faydalıdır. O situasiyanı daha kiçik, daha idarə oluna biləcək hissələrə bölür və problemlərin xüsusi aspektlərinə diqqəti yönləndirir.
Onuncu və sonuncu prinsip olan “ən yaxşı hesabın təfərrüatlarını ver” detallara diqqət yetirmənin vacibliyini izah edir. Uolt Disney amansızcasına mükəmməllik axtarırdı və hər zaman nəyinsə necə təkmilləşə biləcəyini soruşurdu. Bununla yanaşı, o maliyyə alt xətti və təkmilləşmə üçün axtarış arasında dəqiq balansa malik olmaq ehtiyacını dərk edirdi. Əks halda detallar baha başa gələ bilərdi. İncəliklərə diqqət yetirmək həm də cəhdin nəticəyə uyğun gəlməsini təmin etmək üçün nəticələri ölçmək deməkdir.
Uolt Disney 1922-ci ildə başladığı təşkilatın müvəffəqiyyətində qeyd olunduğu kimi həqiqətən də qeyri adi insandır. Disney idarəçiliyinin prinsipləri təşkilatın uğurları ilə zamanla özünü doğrultmuşdur. Kitabın müəllifləri təşkilatın bütün sektorlarında bu prinsipləri tətbiq edilə bilən etmək üçün praktiki üsulları qeyd etmişlər. Bu kitab maraqlı olmaqla yanaşı lazımlı və metodikidir. Bu bütün idarəçilər üçün tövsiyə olunan kitabdır.
Tarix: 05.12.2014 / 16:21 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Ümumi Psixologiya