Xalq Qoruma Birlikləri (qısaca: YPG) (kürd. Yekîneyên Parastina Gel; ərəbcə: وحدات حماية الشعب Wihdat Himayah ash-Sha'ab) — "Kürd Ali Komitəsi"nin rəsmi silahlı birləşməsi. Rəsmi olaraq heç bir siyasi partiyayla əlaqəsi olmasa da, de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadıdır.
Tarixi
2004-cü ildə Qamışlı hadisələrindən sonra PYD və "Kürd Ali Komitəsi" tərəfindən yaradılan silahlı birləşmə ilk aktiv fəaliyyətinə 2011-ci ildə Suriya vətəndaş müharibəsi zamanı başlayıb.
2012-ci ilin dekabr ayının xəbərlərinə görə YPG 8 briqada və 10 min döyüşçüdən ibarətdir. 2013-cü ilin yaz aylarının sonlarına yaxın isə bu rəqəmin 15 minə çatdığı bildirilir.
YPG-də kişilərlə yanaşı qadınlar da vuruşur; 2013-cü ilin fevral ayında Afrin şəhərində 150 nəfərdən ibarət ilk qadın batalyonu yaradılıb.
PYD-YPG tərəfdarları Afrin şəhərində, 2012-ci il
Suriya vətəndaş müharibəsindəki yeri
2003-cü ildə kürd muxtariyyəti tələbi ilə qurulan Demokratik Birlik Partiyasının (PYD) de-fakto silahlı qanadı sayılan YPG hal-hazırda Suriyanın Hələb mühafazasının Afrin, Kobani, Cinderis şəhərlərini, Haseke mühafazasının Amude, Derik, Efrin bölgələrini, Əl Dərbasiyə, Ras əl-Ayn şəhərləri ilə Tirbesipiye qəsəbəsini öz nəzarəti altında saxlayır.
23 may 2013-cü il tarixində Demokratik Birlik Partiyasının (PYD) sədri Salih Müslim Suriya neftinin 60%-nin kürdlərin yaşadığı ərazidə yerləşdiyini və kürd nəzarətində olduğunu bildirdi.
6 iyun 2013-cü il tarixində isə Demokratik Birlik Partiyası rəsmi nümayəndə heyəti və o cümlədən YPG sədri ilə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri arasında görüş baş tutdu və görüşdən sonra PYD sədri Salih Müslim görüşün uğurlu keçdiyini bildirdi.
Tarix: 18.02.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 311 Bölmə: Ölkələrinə görə tarix