beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda diş sağlamlığı

Ağız boşluğunda olan xəstəliklər diş sağlamlığını pozur, həzm prosesini zəiflədir. Bu baxımdan diş və diş əti xəstəlikləri günümüzün aktual mövzularından biridir.
Bildiyimiz kimi, şirin qidalardan istifadə və karbohidratın artıq dərəcədə qəbulu dişlərdə kariyesə səbəb olur. Həmçinin insan orqanizmində flüor adlı mikro elementin normal miqdarda olmaması diş xəstəliklərini yaradır. Çünki, flüor suyun tərkibində olduqda diş səthini bərkidir və dişləri parıltılı saxlayır.
Dişlər həmçinin danışmağa və xarici görkəmə də təsir edir. Dişləri köhnəlmiş olan insanlarda səslər zəif çıxır.
Dişlərin inkişaf müddəti içərisində süd dişləri normal dişlərə nisbətdə daha çox üzvi maddə ilə zəngindir. Bu səbəbdəndə daha asan və sürətli çürüyərək yerlərini qalıcı dişlərə buraxır. Süd dişi çürükləri, ağrı, pis qoxu, dişləmə çətinliyi, qidalanma pozuqluğu kimi problemlərə yol açır. Bu dövrdə müalicə edilməyən diş pozuqluqları, irəlidə diş əyriliyi, çənə inkişafında pozuqluqlar və bir sıra sağlamlıq problemləri yaradır. Ona görə diş təmizliyinə ciddi yanaşmaq, diş əti xəstəliklərini vaxtında müalicə etdirmək lazımdır.


Tarix: 19.01.2015 / 12:58 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Stomatologiya