beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş çürüyü yoluxucudur

Mütəxəssislər kiçik yaşlı uşaqar üçün diş çürüyünün yoluxucu xassəyə malik olduğunu bildirirlər. Buna görə də, mütəxəssislər valideynlərə bu məsələdə çox diqqətli olmağı və uşaqları yedizdirərkən qaşıq, əmzik, həmçinin əmzik şüşəsi kimi vasitələri öz ağızlarına təmas etdirmədən istifadə etməyi məsləhət görürlər.
Əks halda, valideynlər çürüyə səbəb olan mikroorqanizmləri öz ağızlarından uşaqlarının ağzına ötürmüş olurlar.
Mütəxəssislərə görə, üç yaşından sonra diş çürüyünün yoluxma ehtimalı azalsa da, eyni həssaslığı sonrakı yaşlarda da davam etdirmək lazımdır.
Digər tərəfdən, ilk üç ildə ailələr tərəfindən "unudulan" başqa bir məsələ isə uşaqlarda dişlərə qulluqla bağlıdır. Buna görə də, süd dişləri çıxar-çıxmaz uşaqların dişləri xüsusi diş fırçaları və ya başqa vasitələrlə təmizlənməli, həmçinin, yatmazdan əvvəl uşaqlara şəkərli qidalar verilməməlidir.


Tarix: 19.01.2015 / 12:40 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Stomatologiya