Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

StomatologiyaDişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

Dişlərini rentgen şüası ilə yoxladan insanlarda meningioma adlanan beyin şişi digərlərinə nisbətən daha çox təsadüf edilir. Bu, "Cancer" jurnalında çap olunan araşdırmaya əsasən məlum olub. Ancaq bu, beyin şişlərinin rentgen şüası ilə əlaqəli olduğu ilə bağlı əvvəlki araşdırmanı dəstəkləsə də, şüanın insanlarda birbaşa şiş yaratdığını sübut etmir.

Qeyd edək ki, meningioma beyində ən çox yaranan şişdir. Bu şişlər beyin toxumalarında, membranlarda yerləşir. Bu şişlərin böyük əksəriyyəti xoşxassəlidir. Onlar yerlərindən asılı olaraq korluğa və ya digər nevroloji xəstəliklərə səbəb ola bilər.

Beyin qapağında olan bu şişlərin bütövlüklə çıxarılması daha çətindir. Şişlərdən asılı olaraq cərrahiyyə əməliyyatı tələb olunmaya bilər.

Yel universitetinin İctimai Sağlamlıq Məktəbinin tibbi araşdırmalar Ardı »

StomatologiyaDişlər niyə çürüyür?

Əslində ağız və diş sağlamlığı çox önəmli məsələdir lakin həyatı bir təhlükəsi olmadığından insanlar diş sağlığına o qədərdə əhəmiyyət vermirlər. Diş problemləri arasında ən çox rast gəlinən problem dişlərin çürüməsidir. Bəs bu çürüməyə səbəb olan amillər hansılardır?
Bakteriyalar dişin mina qatı üzərində turşular əmələ gətirir və bu turşular mina qatında oyuqlar yaradır bu oyuqlar getdikcə böyüyərək mina qatını əridərək sıradan çıxardır və çürük yaranır. Dişin çürüməsinə mane olmaq üçün görülən tədbirlərin birincisi dişləri gündə iki dəfə fırçalamaqdır.
Diş çürüməsi ilə yanaşı bəzi diş əti xəstəlikləridə mövcuddur ki, onlardan ən çox rast gəldiyimiz diş əti qanamasıdır bununıla yanaşı diş ətlərində qızarma, şişmə, ağızda xoşagəlməz Ardı »

StomatologiyaAğız və diş sağlamlığında qidalanmanın rolu

Ağız və diş sağlamlığı yaxşı bir qidalanmanın göstəricilərindən biridir.
İşlər göstərir ki, diş sağlamlığına təsir edən bir çox faktor ola bilməsinə baxmayaraq qidalanma bu mövzuda əhəmiyyətini hər zaman qoruyur.
Pendir, süd, alma və kök kimi qidaların tərkibindəki bəzi maddələr, ağızdakı turşu miqdarını azaldır, diş çürüklərinin önünə keçir.
Süd, məzmunundakı kazein, kalsium, laktat, ionlaşmış kalsium, fosfat ionları, yağ və vitaminlər ilə diş çürüklərini maneə törətməkdədir. Ancaq, südə qatılan şəkər çürük riskini artırır. Yer fıstığı, fosfat və kakao, aşılayıcı turşusunun tərkibi və s. ağız sağlamlığının qorunmasına köməkçi olduğu bildirilir. Alma və kök kimi meyvələri dişlədikdə mexaniki olaraq dişlərin təmizlənməsinə və diş əti sağlamlığının Ardı »

StomatologiyaUşaqları neçə yaşında ortodontik müayinəyə aparmaq lazımdır?

Normalda uşaqların 7 yaşına kimi diş həkimində olması və dişlərini müayinə və müalicə etdirməsi gərəkdir.
Lakin daha erkən yaşlarda meydana gələ biləcək bir problemə görə doğru ağız baxımının öyrənilməsi üçün 2-3 yaşından sonra həkimin müayinə etməsi və bunun 6 aylıq periyodlarla təkrarlanması lazımdır.

Erkən yaşda olan müayinə hər zaman müalicənin bu yaşda olacağı mənasını vermir.
İlk müayinədən sonra diş həkimi müalicə yerinə nizamlı olaraq (6-12 ayda bir) uşağınızın üz, çənə və diş inkişafını görmək istəyər.
Erkən diaqnoz və müalicə ilə sonradan çıxacaq daimi dişlərin düzgün çıxmasını təmin edəcəkdir və gələcəkdə zəruri diş çəkilişlərinə səbəb olacaq hallara ən başdan maneə törədə bilər. Ardı »

StomatologiyaDişlərlə bağlı doğru bilinən yalnışlar

Gözəl görünüşün ilk şərtlərindən biri bəyaz dişlərdir. Mirvari kimi bəyaz dişlər hamının arzusudur. Ancaq çox vaxt insanlar həkimə müraciət etmək əvəzinə doğru bildikləri yalnışlar ilə dişlərinə ciddi ziyan vururlar. Doğru bilinən səhv addımlardan qorunmaqla gözəl görünüş əldə etmək daha asan olar.

1. Sərt fırçadan istifadə etmək və sərt fırçalamaq dişləri daha çox ağardır – Sərt diş fırçası dişin mina qatına daha çox zərər vurur. Sərt fırçalanma isə dişlərin aşınmasına səbəb olur və həssaslığı artırır. Dişləri yaxşı fırçalamaq fırçadan yox, fırçalamaq texnikasından asılıdır.
2. Diş pastasından çox istifadə etmək dişləri cızır – Bu pastanın miqdarından çox onun daxilində olan maddələrdən asılıdır. Belə ki, məcunun Ardı »

StomatologiyaPomada karies yaradır

Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariesin əmələ gəlmə riski böyükdür.

Rusiya mətbuatının yaydığı xəbərdə deyilir ki, bunu braziliyalı mütəxəssislərin dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxıb. Araşdırma göstərib ki, pomadaların tərkibindəki parafin kariyesə səbəb olur.

Boyanın tərkibində onun miqdarı az olsa da, hər gün pomadadan istifadə sonda belə problemə aparıb çıxarır. Ardı »

StomatologiyaSağlam dişlər üçün 5 təklif

Sağlam dişlərə sahib olmaq lazımi prosedurlardan əlavə adi vasitələrlə də mümkündür. Həmin vasitələrə süd və süd məhsullarından istifadə, C vitamini əksikliyini tamamlamaq, quru üzüm və yaşıl çay istifadəsi, saqqız çeynəmək aiddir. İstəyə uyğun həmin məhsullardan gündəlik istifadə etmək olar.
- Məlumata görə qida rasionlarında süd, qatıq, az yağlı pendirdən istifadə edənlərin diş sağlamlığı yaxşı olur. Ağız və diş sağlamlığının qorunmasında hər gün bir stəkan süd içmək diş problemlərini 40% azaldır.
-Sağlam dişlərə sahib olmaq üçün C vitamini istifadəsi xüsusi əhəmiyyətə malikdir. C vitamini kallogen istehsalını artırdığından ağız içərisində sərbəst şəkildə gəzən radikallarla mübarizə aparır. Bu baxımdan C vitamini kimi zəngin qidaların istifadəsi məsləhətdir.
-Diş Ardı »

StomatologiyaBəyaz dişlər üçün 3 təbii üsul

Sağlam və bəyaz dişlərlə bərabər gözəl təbəssüm ictimai həyatımız üçün əhəmiyyətlidir. Bu baxımdan dişləri qorumaq üçün təbii üsullardan istifadə etmək olar. Bunlardan limon, qabartma tozu və çiyələk xüsusi ilə fərqlənir.

Limon

Limon suyu ilə fırçalamaq dişlərin bəyaz və parlaq olmasına təsir göstərir. Lakin bu proseduru dişlərə birbaşa tətbiq etmək olmaz. Bir qədər su əlavə etmək yaxşı olar.

Qabartma tozu

Qabartma tozu dişləri ağartmaq üçün bilinən təbii üsullardan biridir. Bunu yerinə yetirərkən kiçik bir stəkana qabartma tozu, su və duz əlavə edin.
Sonra dişlərinizin hər yerini bu qarışıqla ovduqdan sonra, diş pastası ilə yuyun. Bunu həftədə iki dəfə etdikdə yaxşı nəticə görəcəksiniz.

Çiyələk

Yaz meyvəsindən çiyələk də dişlər üçün Ardı »