beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş ləkələrinin səbəbləri

Deyilənə görə insan orqanizminin ən bərk hissəsi dişlərdir. Lakin lazımi qulluq göstərilməsə dişlər də müxtəlif ciddi problemlərlə üzləşir. Həmin problemlərə diş xəstəlikləri ilə bərabər diş ləkələri də aiddir. Günümüzdə diş ləkələri ictimai görünüş baxımından insanları narahat edən vacib problemlərdəndir. Dişlərin mina təbəqəsində qida artıqlarından və zərərli vərdişlərdən (siqaret və alkoqol) yaranan həmin ləkələr qida qəbuluna diqqət göstərdikdə və müalicə edildikdə asanlıqla təmizlənir.
Dişlərdə ləkələnmələrə səbəb olan qidaları sıralayan həkimlər diş baxımına diqqət göstərənlərin siqaretdən və hazır qidalardan uzaq olmasını məsləhət görür.
Çünki, həmin qidalarda yaranan qida boyaları ləkələrin meydana gəlməsini sürətləndirir.
Diş ləkələrinin səbəblərinə yaş həddi, dişlərin təbii rəngi (başlanğıc rəng), genetik xüsusiyyətlər (şəffaflıq və s.), qidalanma vərdişləri, kimyəvi dərmanlar, diş qıcırdatma və zədələr aid edilir.
• Yaş. Məlumata görə diş rəngi və yaş arasında əlaqə var. Belə ki, illər ərzində yetərli baxım görməyən dişlərdə yaranan aşınma, köhnəlmə nəticəsində tündləşmə olur və ləkələr meydana gəlir. Bəzi gənclər isə ağartma əməliyyatından tez və aşkar əldə olunan nəticələrə üstünlük verir. Yaşı iyirminin üzərində olanlarda qida qalıqlarından yaranan sarı ləkələri efor sərf etməklə də həll etmək olur. 40-dan çox yaşı olanlarda inadçı ləkələr ola bilər. Lakin günümüzdə həmin ləkələri də texnoloji inkişafın hesabına həll etmək olur.
• Dişlərin təbii rəngi (başlanğıc rəng). Doğuşdan bəzi insanlarda sarı-qəhvəyi, yaşımtıl-boz arasında dəyişən və zaman içində sıxlaşan bir diş rəngi ola bilər. Sarı-qəhvəyi rəngdə olanlar yaşıl-boz rəngə görə ağartma əməliyyatına həssasdır. Dişlərin ağardılmasına başlamazdan əvvəl bunu nəzərə almaq vacibdir.
• Genetik xüsusiyyətlər (şəffaflıq və incəlik). Daha incə və daha şəffaf olan dişlərdə, xüsusilə ön dişlərdə ağartma əməliyyatı üçün lazım olan piqment sayı az olur.
Diş həkimlərinə görə, dişlərdə olan şəffaflıq çətin düzəldilən yeganə diş ağardılması halı hesab olunur.
• Qidalanma vərdişləri. Dişə zərər verən içkilərdən hesab olunan alkoqolun, qəhvənin, çayın, kolanın, tünd rəngli içki və yeməklərin davamlı istifadəsi illər iərzində ciddi ləkələrə səbəb olur. Buna sirkə kimi turş qidaların diş minalarına səbəb olduğu erroziyanı da aid etmək olar. Bunun nəticəsində diş səthi daha şəffaf olur və daha çox dişlərin dentin təbəqəsində sarı ləkələr formalaşır.
• Siqaret vərdişi.
Nikotin, diş quruluşunun içinə yavaş-yavaş keçərək rəng dəyişməsinə səbəb olur.
• Kimyəvi dərmanlar. Tetrasiklindən istifadə nəticəsində çıxarılması çətin olan tünd boz və ya qəhvəyi lent şəklində ləkələr yarana bilər. Həddindən artıq "flüor" istifadəsi də bəzi sahələrdə ləkələrə səbəb olur.
• Diş qıcama və zədələr.
Daha çox stressli dövrlərdə görülən diş qıcama və sıxılmalar dişlərdə yaranan mikro çatlarla bərabər dişləmə kənarlarının tündləşməsinə səbəb olur.
Zədələr zamanı yaranan böyük çatlar isə qəbul olunan qidalarda yarananan artıqların bir yerə toplanması sayəsində müxtəlif ləkələr yaradır.
Bu baxımdan dişlərdə ləkələrin formalaşmaması üçün yuxarıda sadalanan səbəbləri bilmək vacibdir.


Tarix: 19.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Stomatologiya