beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Taxma dişlərə son

Canlılarda ərzağın ilkin mexaniki emalını həyata keçirən və gülüş atributu kimi tanınan dişlər həm də danışıq vasitələrindən biridir.
İnsan üçün olduqca vacib hesab olunan dişlərə qulluq edilmədikdə və baxılmadıqda ağız boluğunda müxtəlif problemlər yaranır.
Dişlərdə olan xəstəliklər vaxtında müalicə olunmadığından bir çox insanlar nəticə etibari ilə protezlərdən istifadə edir.

Günümüzdə taxma diş probleminin həlli istiqamətində çoxlu sayda işlər görülüb. Həmin işlərdən biri də Yaponiyada həyata keçirilib. Məlumata görə Yaponiyada elm adamları dişlərə kök hüceyrə müalicəsi ilə bərabər plomb və kanal müalicəsi tətbiq etməklə taxma diş problemini həll etməyin mümkün olduğunu bildiriblər. Müvəffəqiyyətin tam təmin edilməsi halında insanlar protez dişlərə əlvida deyəcəklər.

Əldə olunan üsul sayəsində kök hüceyrələri taxma dişi olanların damağına inyeksiya edilməklə diş əti toxuması və dişlərin özbaşına meydana gəlməsini təmin edəcək. Həmçinin məlumatda bildirilir ki, bu metod vasitəsi ilə olacaq sağlamlıq riskləri həll olunur, diş çürüklərinin, infeksiyalarının qarşısı alınmaqla infarkt kimi ciddi sağlamlıq riskləri minimuma endirilir. Bu məlumat Yaponiyalı professor Misako Nakaşimanın bu mövzu ilə əlaqədar verdiyi şərhində öz əksini tapıb.


Tarix: 19.01.2015 / 12:56 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Stomatologiya