beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişlərin rentgen şüasından keçirilməsi beyində şişə səbəb ola bilər

Dişlərini rentgen şüası ilə yoxladan insanlarda meningioma adlanan beyin şişi digərlərinə nisbətən daha çox təsadüf edilir. Bu, "Cancer" jurnalında çap olunan araşdırmaya əsasən məlum olub. Ancaq bu, beyin şişlərinin rentgen şüası ilə əlaqəli olduğu ilə bağlı əvvəlki araşdırmanı dəstəkləsə də, şüanın insanlarda birbaşa şiş yaratdığını sübut etmir.

Qeyd edək ki, meningioma beyində ən çox yaranan şişdir. Bu şişlər beyin toxumalarında, membranlarda yerləşir. Bu şişlərin böyük əksəriyyəti xoşxassəlidir. Onlar yerlərindən asılı olaraq korluğa və ya digər nevroloji xəstəliklərə səbəb ola bilər.

Beyin qapağında olan bu şişlərin bütövlüklə çıxarılması daha çətindir. Şişlərdən asılı olaraq cərrahiyyə əməliyyatı tələb olunmaya bilər.

Yel universitetinin İctimai Sağlamlıq Məktəbinin tibbi araşdırmalar mərkəzinin rəhbəri, doktor Elizabet Bruks Klaus şiş tapılan və əməliyyat tələb edən xəstələrdə xərçəngin araşdırmasını aparıb. Xəstələrin əksəriyyəti qafqazlı olub.

Klaus bildirib ki, onun araşdırmasında iştirak edən xəstələrin 1433-nün orta yaşı 57 olub. Bu isə onların dişlərinin rentgen müayinəsi zamanı köhnə texnologiyanın daha yüksək radiasiyaya səbəb olması ilə əlaqələndirilir. Klausun qrupu meningioma şişlərinə tutulma riskinin artıdığı Afrika amerikanları üzərində də araşdırma aparmağı planlaşdırır.

Dişlərin bütün şəkillərini çəkən panoreks müayinəsi də meningioma şişləri riskini artırır. Tədqiqatçılar qeyd edirlər ki, əgər araşdırmada iştirak edənlər 10 yaşından daha erkən panoreks müayinəsindən keçiblərsə, onlarda meningioma şişləri riski 4.9 dəfə artıb.

"Cancer" jurnalını nəşr etdirən Amerika Xərçəng Cəmiyyətinin nümayəndəsi, doktor Otis Broli bildirib ki, araşdırma ayrı-ayrı şəxslərin öz həyatı boyunca rentgen şüasını qəbul etmə sayına uyğun aparılır. Ona görə də burada bir qədər yanlışlıq ola bilər. O, bir daha qeyd edib ki, bu, rentgen şüasının insanlarda birbaşa şiş yaratdığını sübut etmir.

Ancaq Broli onu da deyib ki, ABŞ-da xərçəng xəstələrinin 1 faizindən çoxu tibbi şüalanma ilə bağlıdır.


Tarix: 19.01.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Stomatologiya