Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...
Diş sağlamlığında inanılmaz elmi kəşf

Protez dişlərə son qoyacaq müdhiş bir işə imza atılıb. Türkiyə mətbuatının yaydığı məlumata görə ingilis elm adamları, dişəti toxumasından aldıqları hüceyrələr ilə diş çıxarmağa müəssər olublar. Buda taxma diş ya da diş itkisi problemlərinin tarixdə qalacağından xəbər verir. Artıq hər yaşda insan yeni və sağlam dişlərə sahib ola biləcək.
"Journal of Dental Research" jurnalında dərc olunan məlumatda aparılan təcrübə sayəsində, bir gəncin dişəti toxumasından alınan epitel hüceyrələrin laboratoriya mühitində çoxaldırıldığını, daha sonra isə siçanlardan alınan mezenxim hüceyrələri ilə birləşdirilərək diş əldə olunduğu bildirilib.
London araşdırmaçıları, mezenxim hüceyrələrinin diş şəklində böyümələri üçün epitel hüceyrələrini aktiv ediblər. Epitel və mezenxim hüceyrə qarışığının inyeksiya edildiyi siçanlarda canlı köklərə sahib dişlərin çıxdığı müşahidə edilib. Araşdırmanı idarə edən Prof. Paul Sharpe, insanlardan mezenxim hüceyrələrinin əldə edilməsi ilə diş itkisi və protez istifadəsinin tarix ola biləcəyini söyləyib.


Tarix: 19.01.2015 / 12:38 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Stomatologiya
loading...