beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş sağlamlığına faydası olan məhsullar

İnsanda danışıq üzvlərindən biri və gülüş atributu kimi qiymətləndirilən diş canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin vacib bir hissəsi hesab olunur. Ağız boşluğunun gigiyenası dişlərin kariesinin, gingivitinin, paradontozunun, ağızda pis iyin və digər stomatoloji xəstəliklərin qarşısını almaq üçün lazımdır. Ona görədə dişlərin gündəlik təmizlənməsi və həkim tərəfindən xüsusi təmizlənmə metodları daxildir. Körpə uşaqların dişlərinin təmizlənməsi üçün xüsusi dental salfetkalardan istifadə olunur. Dişlərə qulluqla yanaşı, istək əsnasında onların möhkəmliyi üçün faydalı qidalar da qəbul etmək olar. Bildiyimiz kimi düzgün qidalanmadıqda (şokolad, çox şirni qəbulu və s.) dişdə yaranan karies və çürüklər dəhşətli diş ağrılarına səbəb olur. Bu baxımdan bu cür problemi olanlara dişlərin sağlam və qar kimi bəyaz olmağı üçün qida rasionuna dəyişiklik etmələri məsləhətdir.
Məlumata görə bir sıra həkimlər dişləri və minanı möhkəmləndirməyə kömək edəcək qidaların siyahısını müəyyənləşdiriblər. Bu siyahıya süd məhsullarını, yarpaqlı tərəvəzləri, suyu, çiyələyi, böyürtkəni, və saqqızı əlavə ediblər. İdeal və mükəmməl bir təbəssümə malik olmaq üçün isə siqaretdən, qəhvədən, qara çaydan, çox turş və yağlı qidalardan uzaq olmağı təklif ediblər.
Süd. Süd məhsullarında olan kalsium diş minalarını sağlam saxlamağa və dişləri gücləndirməyə kömək edir. Süd və süd məhsullarının tərkibində hidroksiapatit və kozein olduğu bildirilir. Məlumata görə bu maddələr dişləri dağıntılara və xəstəliklərə qarşı qoruyur.
Yarpaqlı tərəvəzlər. Tərəvəzin çeynəndikdən sonra ağız boşluğunda qalan kiçik qalıqları mikrobları öldürməklə bərabər ağız boşluğunu təmizləyirmiş. Bu baxımdan tərəvəzi saqqıza alternetiv hesab edirlər. Bundan başqa dişlərin sağlamlığı üçün yarpaqlı tərəvəzlər kalsiumun mənimsənilməsini aktivləşdirdiyinə görə əhəmiyyətli hesab olunur.
Su. Su təbəssümü və gözəlliyi dəstəkləyən mühüm məhsullardan hesab olunur. Bir sıra həkimlər çay, meyvə şirəsi və kofenin əvəzinə su içməyi məsləhət görürlər. Alimlərinin hesablamalarına görə, susuzlaşdırılmış orqanizm bakteriya və virusların hücumuna az miqdarda müqavimət göstərir, nəticədə isə dişlərdə karies yaranır. Bu baxımdan gün ərzində sağlamlıq üçün lazimi miqdarda su qəbul edə bilərsiniz.
Çiyələk. Çiyələkdə dişlərin sağlamlığı üçün zəruri olan mikroelementlər və alma turşusu olduğu bildirilir.
Böyürtkən. Bir sıra mütəxəssislər isə böyürtkəni bütün diş xəstəliklərinin sağlam müalicəsi və profilaktikası üçün ən yaxşı məhsul hesab edirlər.
Saqqız. Əgər hər yeməkdən sonra saqqız istifadə ediriksə o zaman tərkibində şəkər olmayan saqqızlara üstünlük vermək vacibdir. Bakteriyaları öldürən saqqız seçimi dişlərin sağlam və güclü olmasına kömək edir. Həmin saqqızın tərkibi ksilitlə (xylitol) olmalıdır. Həmçinin dişlərdə olan mikroorqanizmləri yumağa da kömək göstərməlidir.


Tarix: 19.01.2015 / 12:49 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Stomatologiya