beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağız qoxusunu aradan qaldırmağın yolları

Bir çoxlarının özunə olan etibarını itirməsinə səbəb olan ağız qoxusundan xilas olmaq heç də çətin bir iş deyil.
Cəfəri nəfəsinizi təbii olaraq təzələyir, yalnız tam olaraq çeynəməyinizden əmin olun.

Eyni zamanda mətbəxinizdə olan bəzi təbii otlar və ədviyyatlarda təbii nəfəs qoxusunu təzələyirlər. Buna misal olaraq darçın darçını göstərmək olar!

Soğan, sarımsaq, acı bibər, kolbasa, sosiska, basdırmadan uzaq durun. Eyni zamanda bəzi pendirlərdən (rokfor kimi), bəzi balıqlardan hətta pizzanın üstündəki ançuezden belə uzaq durun.

Qəhvə, pivə yerinə su və ya meyvə suyu üçün..

Dişlərinizlə birlikdə dilinizi də fırçalamağı unutmayın.

Bir şeylər yedikdən sonra dərhal dişlərinizi fırçalayın. Bu yediyiniz yeməklərlə əlaqələndirilən qoxuları uzaqlaşdırar.

Burnunuzdan nəfəs almağa çalışın. Ağızdan nəfəs almaq quru bir ağıza səbəb olar ki, bu da pis qoxuya səbəb olan bakteriyaların yaranmasına zəmin yaradar.

Əgər 20 dəqiqə fərah bir nəfəsə ehtiyacınız varsa ağız qarqarasıyla ağızınızı çalxalamaq gözəl bir fikir ola bilər lakin bu Cinderellanın balqabağı kimidir zaman keçib də iyirmi dəqiqə sona çatdığında sehr də sona çatmış olacaq.

Cəfəri yeməyi laqeyd yanaşmayın. Cəfəri yalnız salatda istifadə etdiyimiz yaşıllıq deyil eyni zamanda da bir nəfəs təmizləyicisidir

Yediyiniz şeyin miqdarına bağlı olaraq nə qədər sıx dişinizi fırçalarsınızsa fırçalayın qoxu ağızınızda 24 saat qala bilər.

Ağız qoxusunun ən əhəmiyyətli səbəbi diş valıdır. Ağızımızda 50 trilyona qədər mikroskopik orqanizmin gəzdiyi təxmin edilir.
Bunlar yeməkdən hər bir parça alışımızla birlikdə dodaqlarımızın arasından ağızımıza girirlər və künclərdə qalaraq pis qoxu əmələ gətirirlər.
Nəticə olaraq bu pis qoxudan xilas olmaq üçün gündə 2 dəfə dişlərimizi fırçalamalı və bu valı çölə atmalıyıq.

Əgər əhəmiyyətli bir görüşmə ya da yığıncağın ərəfəsindəsinizsə ədviyyatlı yeməklərdən uzaq durun.


Tarix: 19.01.2015 / 12:23 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Stomatologiya