beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sərt fırça ilə dişləri təmizləmək zərərlidir

Ağız və diş sağlamlığı mövzusunda bəzi səhvlər vardır ki, həmin səhvlər illər boyu insanlarda müxtəlif deyimlər nəticəsində düzgün olmayan inancların yaranmasına səbəb olub. Belə ki, bəzi insanlar dişlərin estetik təmirinə diqqət yetirmədiyindən, dişləri sərt fırça ilə təmizlədiyindən, dişlərin ağardılmasında və ağrımasında ideal olmayan üsullardan istifadə etdiyindən, çürük dişlərin müalicəsinə əhəmiyyət vermədiyindən ciddi diş problemləri ilə üzləşirlər. Həmin problemlərdən biri dişləri sərt fırça ilə təmizlədikdə yaranan "fırça çürüyü" deyilən aşınmalardır.
Ümumiyyətlə çoxları bilməlidir ki, əgər dişlərini fırçalayırlarsa, mütləq mina qatına diqqət yetirməlidirlər. Bu baxımdan dişi sərt fırça ilə təmizləmək düzgün deyil.
Dişi təmizləmək fırçanın sərtliyi ilə deyil, fırçalama texnikası ilə əlaqədardır. Orta sərtlikdə diş fırçalarından istifadə məsləhətdir. Çünki, çox sərt fırçalar, dişləri aşındırar. Çox yumşaq fırçalar isə dişləri tam təmizləmir.
Dişlərin mina təbəqəsi aşındığı üçün dişlərin altındakı sarı təbəqə ortaya çıxır və dişlər sarı görünür. Bu baxımdan dişləri sərt bir şəkildə fırçalamaq olmaz.
Bundan əlavə sərt fırçalamaq dişlərdə həssaslığa və diş əti çəkilməsinə səbəb olur.
Dişlərin mina təbəqəsinin çəkilməsi diş məcunundan çox istifadə edilməsiylə əlaqədar deyil. Bu istifadə olunan məcunun qranullarının böyük olması ilə əlaqədardır.
Ona görə qranulları böyük olan pastalardan istifadə etməkdən çəkinməlisiniz. Fırçanın üzərinə qoyulan məcunun miqdarı isə 'mərcimək dənəsi' böyüklüyündə olmalıdır.
Karbonat və duzla fırçalamaq da dişləri ağardır. Bu maddələr iri qranullu dişin mina təbəqələrini çəkir və aşındırır. Bunun nəticəsində dişin parlaqlığı gedə bilər.


Tarix: 19.01.2015 / 12:56 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Stomatologiya