beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam dişlərə sahib olmaq üçün

Gözəl bir gülümsəmənin buraxdığı təəssürat insanlarla ünsiyyətdə vacib amillərdən hesab olunur. Diş sağlamlığı və bəyazlığı üçün tətbiq olunan müəyyən üsullar var. Həmin üsullara əsas baxım qaydalarına aid olan işlər, dişin bəyazlamasına səbəb olan qidalar, bəzi içkilərin istifadəsini azaltmaq, ağardıcı qulluq müalicəsi, stomatoloq ziyarəti və s. aiddir.
Təməl baxım qaydaları dedikdə, vacib proseduralar gözlənilməklə dişləri gündə ən az iki dəfə fırçalanması, qida qəbulundan sonra saqqız çeynənilməsi, diş ipi ilə gündə bir dəfə diş aralarını təmizləmək başa düşülür. Ağızda bakteriya və ərpin meydana gəlməsinə maneə törədən ağız qarqarasından da istifadə etmək olar.
Diş fırçası isə üç ayda bir dəfə dəyişdirilməlidir.
Dişlərin daha sağlam və ağ görünməsi üçün gün ərzində diş dostu qidalar qəbul etmək olar. Həmin qidalara kərəviz, kök, brokoli, alma, çiyələk də daxildir.
Adları sadalanan diş dostu qidaları dişlərin sağlamlığı və bəyazlığı baxımından yemək paylarına əlavə etmək olar.
Gün ərzində istifadə olunan çayı, qəhvəni, kolanı və s. içkiləri minimuma endirmək lazımdır.
Ağardıcı qulluq müalicəsi evdə bir çay qaşığı hidrogen peroksid və karbonatı qarışdırmaqla aparıla bilər.
Evdə tətbiq olunan üsullardan əlavə gülümsəmədə hər hansı estetik və ya ortadontik problem varsa stomatoloqa müraciət etmək lazımdır.


Tarix: 19.01.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Stomatologiya