beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişlərin təbii yollarla ağardılması

Məlumata görə bəyazlığını itirən dişlər təbii yollarla öz rəngini bərpa edirmiş.
Mütəxəssislər, çay və siqaret kimi xarici faktorlar səbəbindən ağlığını itirən dişlərin təbii yollarla rənginə qovuşa biləcəyini deyiblər.
Dişlərin ağardılması və güclənməsində meyvə və bitkilər təsirli hesab olunur. Həmçinin portağal qabığının, zeytun yağının, ağ sirkənin, lifli qidaların da faydalı olduğu bildirilir.
Portağal qabığı
Sitrus bitkiləri yalnız dəri və bədən baxımına deyil, eyni zamanda diş qulluğuna da fayda verir. Dişlərin təbii yolla ağardılması üçün portağal qabığı effektli hesab olunur. Həftədə bir neçə dəfə tətbiq olunmasının təsirli olduğu bildirilir. Bunun üçün portağal qabıqlarının iç tərəfini dişlərinizə çəkin, daha sonra soyuq su ilə ağzınızı yaxalayın. Effekti tez bir zamanda hiss edəcəksiniz.
Həmçinin portağal qabığının içindən təbii diş pastası da əldə olunur.
Zeytun yağı
Zeytunyağı, təəccüblü bir gülümsəmə üçün asan həllərdən hesab olunur. Dişdə olan tünd ləkələri ortadan qaldırmağa və dişləri ağartmağa kömək edir.
Bir parça pambığı götürüb zeytun yağına batırın və dişlərinizə çəkin. Bir neçə dəqiqə içində, fərq hiss olunacaq.
Ağ sirkə
Diş fırçasının üzərinə bir neçə damcı ağ sirkə tətbiq edin və dişlərinizi fırçalayın. Sonra soyuq su ilə durulayın. Nizamlı olaraq bir neçə dəfə tətbiq etdikdən sonra, sirkənin ağartma təsiri sayəsində mükəmməl bir gülümsəməyə sahib olacaqsınız.
Ən sağlam ağardıcı məhsullar isə təbii lifli məhsullar hesab olunur. Dişləri ləkə edən bakteriyalardan təmizləyib ağız və diş sağlamlığında əhəmiyyətli rol oynayır. Bunlara alma, kök, gül kələmi, armud və s. meyvə və tərəvəzləri misal göstərmək olar.


Tarix: 19.01.2015 / 12:48 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Stomatologiya