beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diş həssaslığını artıran səbəblər

Müxtəlif içkilər və qidalar dişlərdə sızlama meydana gətirərək diş həssaslığını artırır. Xüsusilə diş əti çəkilməsi ilə sıx qarşılaşılan bu narahatlıq zamanı dişləri gərəyindən çox fırçalamaq lazım deyil. Diş qıcırdatma sonrası bir-birinə sürtünən dişlər mina təbəqəsindəki aşınma zamanı həssaslığı artırır. Turş, şirin yeməklərdən və dişə zərər verən içkilərdən uzaq olmaq məsləhətdir. Dişin ağız içində görünən qismi "mina" deyilən qoruyucu bir diş təbəqəsiylə əhatə olunur. Dərhal dişin altında olan "dentin", mikroskopik olaraq görünən kanalcıklardan meydana gəlmişdir. Dişin xarici səthindən başlayaraq dişin ortasındakı sinirə qədər uzanan bu kanallar maye ilə doludur. Diş minası zəifləmiş olan dişlərdə isti, soyuq, turş, şirin yemək və içkilərdən sonra hərəkət edən bu maye, diş sərhəddində müxtəlif ağrı hisslərinə və sızlamalara səbəb olur.
Diş xaricində diş daşları, qırıq və çürük dişlər, bazarda satılan diş ağartma məhsulları da diş həssaslığına səbəb ola bilər.

Diş həssaslığına qarşı görülən bəzi tədbirlərə aşağdakılar daxildir:
• Əvvəlcə ağız və diş baxımına diqqət göstərilməlidir;
• Dişin sərt təbəqəsinə zərər verməmək üçün yumşaq tüklü fırçadan istifadə edilməlidir;
• Həssaslıq aradan qaldırıcı diş məcunları, flüorlu diş baxım məhsulları nizamlı istifadə edilməlidir;
• Çoxlu turşu tərkibli yemək və içkilərdən uzaq durulmalıdır. Xüsusilə yaz aylarında dondurma və soyuq içkilərin istifadəsində diqqətli olmaq lazımdır.

Əgər ciddi problemlər olarsa diş həkiminə getmək üçün gec qalmayın.
Diş həssaslığı vəziyyətində əvvəlcə xəstənin verdiyi məlumatlar əsasında detallı müayinə aparılır.
Daha sonra isə qoyulmuş diaqnoza görə müalicə tətbiq olunur.
Diş həkimi müalicə üçün;
- Dişlərin azalan mina təbəqələrini plomb vəsitəsi ilə təmir edə bilər;
- Diş ətinə müdaxilələr edə bilər;
- Ortaya çıxmış kök səthində flüor tətbiqi edərək yaxşılaşma təmin edə bilər;
- Xəstənin diş qıcamasına səbəb olan faktorları ortadan qaldıra bilər.


Tarix: 19.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Stomatologiya