beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazanda ağız sağlamlığına diqqət

Sağlam və problemsiz bir Ramazan ayı keçirmək istəyən insanların ay boyunca ağız və diş sağlamlıqlarına diqqət yetirmələri vacibdir. Bunu bildirən mütəxəssislər, "İftardan və imsakdan" sonra mütləq dişlərin və dilin təmizlənməsini məsləhət görürlər. Oruc tutulmayan zamanlarda ara paylar sayəsində ağız mühitinin turşu nisbəti azalır. Lakin oruclu ikən ara pay şansı olmadığı üçün ağız mühitinin turşu nisbəti arta bilər. Bunun üçün gün ərzində ağızı su ilə yaxalamaq lazımdır. Bundan əlavə duzlu suyla qarqara etmək və istəyə uyğun ağız spreyi istifadə etmək də olar. Diş çürükləri, diş əti iltihabları ağız qoxusunun əhəmiyyətli səbəblərindəndir. Məhz, daha çox Ramazan ayında ağız qoxusunun yaranma ehtimalı yüksək olur. Bu baxımdan yubadılmadan lazımi işlər görülməlidir. Çünki, ağız içi hər hansı bir infeksiya bakteriya törəməsini artıracağı üçün ağız qoxusuna səbəb olur. Ağız içində var olan köhnəlmiş körpü və protezler, zamanla qida yığılmasına gətirib çıxardığından ağız boşluğunda pis qoxular yaradır. Əgər ağız qoxusu bunlardan qaynaqlanırsa, Ramazandan əvvəl diş həkiminizi ziyarət etməniz lazımdır.
Bildiyimiz kimi dişə düzgün gigiyenik xidmətin göstərilməməsi və dişətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və təmizləmirsinizsə qida hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların çoxalmasına, metilmerkaptan və hidrogen sulfid buxarının formalaşmasına gətirib çıxarır. Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ gətirir. Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə damaqlarınızı qıcıqlandıraraq iltihab yaradır (qinqivit) və hətta irinliyin əmlə gəlməsi ilə nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında cibciklər də yarada bilir ki, bu peridontit adlanan xəstəliyin yaranmasını şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da qoxu törədən bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait yaradır.
Ancaq bunu da əlavə etmək lazımdır ki, ağız qoxusu, yalnız dental qaynaqlı olmaya bilər. Üst tənəffüs yolu infeksiyaları və ya mədə narahatlıqlarının nəticəsində də ağız qoxusunun meydana gələ biləcəyi deyilir. Sinusit kimi hava yolu narahatlıqları və burun tıxanmasına səbəb ilə digər vəziyyətlər, xüsusilə gecələri ağızdan nəfəs almamıza səbəb olur. Bu vəziyyət ağızı və boğazı qurudaraq bakteriyaların törəməsi üçün imkan yaradır. Azalan tüpürcək ifrazatı vəziyyəti daha pis hala gətirir. Xüsusilə iftarda və imsakda yeyilən yeməklərdən sonra ağızdakı turşu tarazlığı tamamilə pozular, turşu nisbəti artar. Bu səbəbdən və ya yemək yeyildikdən sonra dərhal yatdıqda ağız içi hərarət artar və bakteriya çoxalması üçün uyğun mühit formalaşar. Bu səbəbdən qətiliklə burnunuz tıxalı yatmayın.


Tarix: 19.01.2015 / 12:55 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Stomatologiya