beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lazerli diş fırçası

Ağız qiqiyenasında adi diş fırçasından daha səmərəli heç nə yoxdur. Standart diş fırçasından başqa müxtəlif forma və funksiyaları olan çox sayda model istehsal olunur. Ən təzə və dəbdə olan diş fırçaları növləri arasında gümüş iyonlu firçalar, süngər (qupka) başlıqlı dönən fırçalar və nəhayət ən yeni çıxan lazer şualı diş fırçalarını sadalamaq olar.
Dalqa boyu 635 nm. olan və 7 mW. gücündə yarımnaqilli tibbi lazer (LLLT) ilə tərtib olunan bu diş fırçaları, 1 dəqiqidən də az bir müddətdə diş səthi üzərindəki mikrobial plakları təmizləyir və ümumi antimikrobial effekt göstərir. Bütün bu prosedur diş pastası olmadan aparılır. Daha sonra diş pastası ilə dişlər təmizlənir. İstehsalçı iddia edir ki, dişlərin ağardılmasında da bu metod başqa metodlardan daha üstündür. Bu diş fırçasını alıb istifadə edənlər olarsa, bizə də bu haqda xəbər versin.


Tarix: 19.01.2015 / 12:27 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Stomatologiya