beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ağız quruluğu dişlərə ziyandır

Stomatologiyada “xerostomia” adı verilən ağız quruluğu müalicə edilmədikdə ciddi problemlərə yol açır: dişlərin çürüməsi, diş ətinin iltihablaşması və qidalanma pozğunluğu və s. Ağız quruluğu əsasən tüpürcək vəzilərinin funksiyasını itirməsi, diş üzərində qida və bakteriyaların yığılması ilə meydana gəlir. Ağız quruluğu boğaz ağrısı, dildə yanma, həddən artıq susama, ağız qoxusu, dadbilmə pozğunluğu, dodaqda və dodağın kənarlarında çatların əmələ gəlməsi ilə özünü göstərir. Ona görə də ağız quruluğu ciddi nəzarətə alınmalı və mütləq diş həkiminə müraciət edilməlidir.

Ağız quruluğunun səbəbləri...

- Bioloji yaş (bu, təsirli faktor olsa da, təkbaşına təsirli deyil)
- Revmatizm
- İmmunitet sisteminin pozulması (QİÇS)
- Hormonal pozğunluqlar (şəkər xəstəlikləri)
- Narkoloji pozğunluqlar (parkinson)
- Çeynəmə qabiliyyətinin azalması
- Tüpürcək vəzilərinin cərrahi yolla çıxarılması
- Kafein və alkoqollu içkilərdən istifadə

Ağız quruluğunu necə nəzarətə almaq olar?

- Tez-tez, udum-udum su içməli. Gecə yatarkən yanında içmək üçün su qoymalı
- Şəkərsiz saqqız çeynəməməli
- Yaşadığınız məkanın rütubətliliyinə diqqət yetirin
- Flüorlu diş məcunundan və C vitaminindən istifadə olunmalı


Tarix: 19.01.2015 / 12:22 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Stomatologiya