beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avropada ən bahalı stomatoloji xidmət Ingiltərədədir

Hollandiya alimlərinin dediyinə görə, Avropada ən bahalı stomatoloji xidmət Böyük Britaniyadadır. Health Economics jurnalının verdiyi xəbərə əsasən, bu ölkədə dişin plomblanması Avropada ən ucuz qiymətlərə malik olan Macarıstandan 19 dəfə bahadır.
Araşdırmanın rəhbəri Svon Ten (Swan Tan) və onun Rotterdamda yerləşən Erazm adına Tibbi Texnologiyaların Qiymətləndirilməsi Universitetindən əməkdaşları doqquz Avropa ölkəsində dişlərin müalicə qiymətlərini müqayisə etmişlər. Nümunə olaraq onlar 12 yaşında qızın azı dişini plomblamaq üçün tələb olunan məbləği araşdırmışlar.

Bu məbləğə rentgen şəklin çəkilməsi, plomb materialı, anesteziya üçün preparatlar və həmçinin, stomatoloqun iş vaxtının qiyməti daxil edilmişdir.
Aydın olmuşdur ki, Böyük Britaniyada dişin plomblanması 117 funt (təxminən 234 dollar) vəsait tələb edir. Bahalılığına görə ikinci yeri İtaliya (101 funt), üçüncü yeri isə İspaniya (94 funt) tutmuşdur. Almaniya (50 funt) və Fransada (34 funt) isə bu xidmət xeyli ucuz başa gəlmişdir.
Ən ucuz qiymət isə Şərqi Avropa ölkələrində və məhz Macarıstanda (6 funt) qeydə alınmışdır.
Tenin fikrincə, stomatoloji xidmətin bahalılığı birinci növbədə həkimin vaxtının qiymətinin yüksək olması ilə əlaqədardır. Böyük Britaniyada həkimin vaxtı üçün ödənilən pul ümumi müalicənin dəyərinin 70%-ni təşkil etmişdir. Məsələn, Macarıstanda həkimin işlədiyi bir dəqiqənin dəyəri 7 pensdirsə, Böyük Britaniyada bu göstərici 2,16 funt təşkil edir.
Bu məlumat Böyük Britaniyadan daha ucuz tibbi xidmət göstərən ölkələrə "tibbi turist" axınının səbəbini izah edir. Statistikaya görə, 2006-cı ildə 770 min nəfər britaniyalı məhz bu səbəbə görə xarici ölkələrə səfər etmiş və onların 43%-i də bunu məhz stomatoloji xidmət almaq üçün etmişdir.


Tarix: 19.01.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Stomatologiya