beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyvan sümüyündən süni çənə hazırlandı

Dişləri olmadığına görə çənə sümüyü əriyib yox olmuş xəstəyə heyvan sümüyündən süni çənə düzəldiblər.
Tanfer klinikasının yaydığı xəbərə görə, klinikada ağız və çənə cərrahı olan Nihat Tanferin həyata keçirdiyi əməliyyatda bioqenerasiya adlı üsuldan və "box texnikin" dən istifadə edərək yox olmuş çənənin yerinə tam təbii heyvan sümüyünün bloklarından istifadə edərək yeni bir çənə yığmışdır.
Bu texnikadan istifadə edərək Erol Taktak adlı xəstəyə 4 sm enində və 1.5 sm hündürlüyündə yeni bir çənə sümüyü düzəldilmişdi. Lakin bu üsuldan istifadə edərək bütün çənəni də hazırlamaq mümkündür deyərək, həkim əlavə etmişdir.
Erol Taktak, ağız sağlığına fikir vermir, və profilaktikasını həyata keçirmədiyi üçün, çənəsi iltihablanmış və yavaş yavaş əriyərək yox olmuşdur. Həyata keçirilən müayinələrin nəticəsidə bu diaqnozu təsdiqləyərək, implant şansının olmadığını göstərdi və xəstənin vəziyyəti gün keçdikcə daha da ağırlaşdığı müşahidə olunurdu.
Xəstə əməliyyatdan 4-6 ay sonra implant sayəsində yeni dişlərə qovuşmuşdur. Bu texnika vasitəsi ilə, yox olan sümüyün həcminin bərpası, çənəyə implantın yerləşdirilməsinin asanlaşdırılması, sümüyün üç ölçülü bərpa və sağalması, sağalma müddətində çənənin orijinal halının alınması və çənənin estetik-kosmetik cəhətdən bərpası mümkündür.
Xəstə əvvəl istifadə etdiyi damaq protezi, xəstənin çənəsi olmadığı üçün tam yerinə oturmurdu və narahatçılığa səbəb olurdu. Lakin bu əməliyatdan sonra xəstənin bütün narahatçılığı yox olmuşdur.


Tarix: 19.01.2015 / 12:40 Müəllif: Aziza Baxılıb: 18 Bölmə: Stomatologiya