beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnci kimi gözəl dişlər üçün visajizm

Sağlam və baxımlı dişlərə sahib olmaq və qüsursuz gülümsəmək kiçikdən böyüyə hər kəsin marağındadır. Lakin, bəzi insanlarda diş quruluşları ideal olmadığndan gülümsəmədə ehtiyyatlı davranırlar. Bunu alın yazısı kimi qiymətləndirir və kədərlənirlər. Ancaq texnoloji nailiyyətlər hər sahədə olduğu kimi, stamotologiya sahəsində də asan və keyfiyyətli üsulların tətbiqini reallaşdırıb. Həmin metodlardan biri Visajizmdir. Olduqca asan bir şəkildə həyata keçirilən Visajizm sağlam və təbii gülümsəməni təmin edir.
Türkiyəli Diş Həkimi Aslı Ercanlının sözlərinə görə estetik gözəlliyə xidmət göstərən Visajizm üsulu mülayim təbiətli insanlara da tətbiq edilən diş dizaynı növlərindən biridir.
Bu üsulda üz xəttlərinə görə hazırlanan dişlər xüsusi fərqlənir. Çünki, hər dişin öz içində və bir-birinə qonşu olan dişlərə görə müəyyən dərəcələri olur.
Buda eyni zamanda dişlərin dodaqlar və üz xətləri ilə əlaqəli olduğunu göstərir. Həmin nisbətlərə incə nizamla baxıldığında visajizm effektini təmin etmiş olur.
Bu zaman dodaq əlaqələri, dişlər arasında olan əlaqələr gülümsəmə zamanı üzdə olan mənfi təsirlərin dəyişməsinə imkan yaradır.
Dr. Aslı Ercanlının sözlərinə görə onlara müraciət edən xəstələrin ilk olaraq çəkilən diş foto şəkillərinə nəhəng ekranda baxılır, daha sonra onlardan sevdiyi və sevmədiyi nöqtələrin söyləməsi istənilir. Video çəkimlərdən alınan çıxarışlarda üzdə olan mimikalar və dodaq xəttləri qiymətləndirilir. Bütün bunlardan sonra düzgün müalicə aparılır. Dişlərə dəymədən əvvəl ölçülər alınır, laboratoriya mühitində yeni ediləcək dişlərin maketi hazırlanır. Daha sonra xəstənin ağzına tətbiq olunur.
Hətta adam istəsə bu maketlərlə evinə gedib, bir neçə gün istifadə edə bilər. Bütün bunların sayəsində danışdıqda və gülümsəmədə itən estetik, təmin edilmiş olur.


Tarix: 19.01.2015 / 12:57 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Stomatologiya