beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret çəkməkdən narkotika gedən yol

ABŞ-ın Merilənd ştatındakı Milli Toksikomaniya İnstitutunun apardığı tədqiqatlar göstərir ki, siqaretlər beynin iş sxemini dəyişdirərək sanki onu kokain tipli narkotiklərdən istifadəyə hazırlayır. Bu barədə "The Daily Mail" qəzeti məlumat verir.
Bu, yeniyetmələrin bir çoxunun nəyə görə narkotiklərdən istifadəyə siqaret və alkoqoldan başladığını izah edə bilər.

İcazə verilmiş, lakin asılılıq doğuran vasitələrin insanda qadağan edilmiş narkotiklərə həssaslıq yaratması barədə ideya hələ 1975-ci ildə irəli sürülüb.
Lakin yalnız indi Kolumbiya Universitetinin mütəxəssisləri bu əlaqənin mövcudluğunu sübut edən bioloji mexanizmi aşkara çıxara biliblər.

Alimlər müəyyən ediblər ki, həftə ərzində nikotinli su içən siçanlar kokainə daha yaxşı reaksiya verirlər. Çünki nikotin beyində genlərə təsir edir.
O, faktiki olaraq asılılıqla bağlı olan müəyyən genləri yenidən proqramlaşdırır və beyni ağır narkotiklərə daha yaxşı reaksiya verməyə məcbur edir.

Ona görə də narkotiklərdən istifadə etməzdən əvvəl siqaret çəkən narkomanlarda kokaindən asılılığın səviyyəsinin yüksək olması təəccüblü deyil. Tədqiqatın rəhbəri doktor Erik Kandelin sözlərinə görə, yaxın vaxtlarda tədqiqatçılar insanı ağır narkotiklərə doğru itələyən maddə kimi alkoqol və marixuananın rolunu öyrənməyə cəhd edəcəklər.


Tarix: 08.01.2015 / 13:55 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Saglamliq