beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orqanizmə dəstək olan vitaminlər

Bütün vitaminlər bədənin sağlam inkişafına, həzm funksiyalarının yaxşılaşmasına, bədənin infeksiyalara qarşı immunitet qazanmasında əhəmiyyətlidir.
Bəzi vitaminlər suda əriyən və yağda əriyən olaraq təsnifləşdirilir.
Suda əriyən vitaminlərə B qrupu vitaminləri (B1 , B2 , B3 , B5 , B6 , B12) biotin, kolin, folikasit, inositol, paraaminobenzoy turşusu və C vitamini aid edilir.
Bunlar orqanizmin müqavimətini artırır, qan yaradır, əzələ ağrılarını aradan qaldırır, sinir sistemini tənzimləyir və dəri xəstəliklərini önləyir. Bundan əlavə diş əti xəstəliklərinə mane olur, enerji verir və antioksidant xüsusiyyətinə malikdir. B qrup vitaminləri daha çox taxılda, ət və balıq məhsullarında, çərəzlərdə olur.
C vitamini isə sitrus bitkilərində olur.
Yağda əriyən vitaminlərə A, D, E, K vitaminləri aid edilir.
A vitamini daha çox balıq, ət, qaraciyər, süd, yumurta və pendirdə olur. Ehtiyaca uyğun istifadə edildikdə embrionun inkişafını və böyüməsini təmin edərək, hüceyrələrin çoxalmasını təmin edir. Yemək borusuna, mədəyə, bronxlara, bağırsaq və s. xəstəliklərə faydalıdır.
D vitaminin qaynağı günəşdir. Günəşdəki ultrabənövşəyi şüalar D vitaminin çıxarmasını təmin edir. Bu vitamin daha çox yumurta, balıq, pendir, göbələk və qaraciyərdə olur. Bir insanın D vitamini ehtiyacı gündəlik 5 mg olmalıdır. D vitamini sümük xəstəliklərini də önləyir.
E vitamini yağda əriyən əhəmiyyətli bir antioksidantdır, çərəzlərdən və maye yağlardan təmin edilir. Sinir sistemi, əzələlər, sidik cövhəri orqanları, arteriya xəstəliklərinə qarşı təsirlidir.
K vitamini kələmdə, ispanaqda, brüssel kələmində, gül kələmində, taxıl məhsullarında, pendirdə, bitki mənşəli yağlarda olur. Qanın laxtalanmasını dəstəkləyir, diş əti qanamalarını önləyir və sümüklər üçün faydalıdır.


Tarix: 08.01.2015 / 11:58 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq