beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onkoloji xəstəliklər üçün güclü profilaktika

Günümüzdə istər kitablardan, istərsə də digər məlumat mənbələrindən təzə sıxılmış meyvə şirələrinin insan orqanizminə faydaları haqda çoxsaylı məlumatlarla tanış olmaq olur. Zəifləmiş insan bədəni üçün ideal hesab olunan meyvə şirələri tərkibində olan vitaminlər və mikroelementlərlə orqanizmin inkişafına, bərpasına həmçinin təkmilləşməsinə imkan yaradır. Müalicədən əvvəl xəstələnmə zamanı hansının daha uyğun olmasını da həkimlə məsləhətləşmək pis olmaz.
İmmun sistemini möhkəmləndirən qarışıq şirələrdən yararlanmaq yaxşı nəticə verir. Həmin şirələrə şəkər çuğunduru, yerkökü, nar, limon şirələri daxildir.
Onkoloji xəstəliklər üçün əlavə olaraq profilaktik müalicə hesab olunan bu şirələr lazımi prosedurlara əməl etməklə tez bir zamanda güclü və effektiv təsir göstərər.
Əlavə hesab olunan bu profilaktik müalicə üçün 3 kq şəkər çuğundurunun, 3 kq yerkökünün, 2 kq nar və 2 kq limonun şirəsini çıxartmaq lazımdır.
Şirəni bankaya töküb ona 2 kq bal əlavə edildikdən sonra hazırlanan qarışıq soyuducuda qalmalıdır. Bir ay ərzində səhər və axşam kiçik bir stəkan içmək lazımdır.
İki həftəlik fasilədən sonra yenə də 1 ay qəbul etmək lazımlı hesab olunur. Bununla da yuxarıda deyilənlərə əməl etməklə ömür boyu onkoloji xəstəliklər üçün profilaktik müalicə almaq olar.


Tarix: 08.01.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Saglamliq