beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaret qadınlar üçün "daha təhlükəlidir"

Araşdırmaçılara görə, siqaret qadınlarda kişilərlə müqayisədə daha çox xərçəng xəstəliyi riski yaradır.

600 min xəstənin vəziyyətini araşdıran norveçli alimlər siqaretdən yaranmış bağırsaq xərçənginin qadınlarda kişilərə nisbətən iki dəfə artıq olduğunu üzə çıxarıblar.
Xərçənglə bağlı tibb dərgisində yayımlanan araşdırmanın nəticələrinə görə, siqaret çəkən qadınların bu xəstəliyə yaxalanma riski 19 faiz artıqdır, kişilərdə isə bu, 9 faizdir.

Araşdırma zamanı 4000-ə yaxın xəstədə bağırsaq xərçəngi aşkar edilib.
16 yaşında və ya daha öncə siqaretə başlamış qadınlarda bağırsaq xərçəngi riskinin xeyli artdığı məlum olub, alimlər deyir.

Tromso Universitetinin alimlərinə görə, bu, kişilərdən daha az siqaret çəkən qadınların belə bağırsaq xərçənginə yaxalanma riskinin daha çox olduğunu göstərən ilk araşdırmadır.

Ancaq araşdırmada belə xərçəng riskini artıran alkoqol və qidalanma kimi digər ünsürlər diqqətə alınmayıb.
Araşdırmanın nəticələri qadınların bioloji olaraq siqaretin toksik təsirlərinə daha açıq olduqlarını göstərir.
Alimlərə görə, siqaret çəkməyə başlayan qadınlarda ürək tutma riski də kişilərdən artıqdır.

Bir milyondan artıq qadın üzərində aparılan araşdırmalar 30 yaşına qədər siqaret çəkməyi buraxan qadınların siqaretlə bağlı xəstəliklərdən erkən ölüm riskinin demək olar ki, tam yox olduğunu göstərir.


Tarix: 08.01.2015 / 12:52 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq