Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Piylənməyə səbəb olan faktorlar

Məlumata görə İngiltərədə piylənmədən əziyyət çəkənlərin sayı az deyil. Bu problem hökuməti narahat etdiyindən sağalam qidalanma və həyat mövzularına (Hər gün 10 min addım, "Həyat üçün dəyişmə" və s.) aid müxtəlif proqramlar həyata keçirilir. BBC-nin məlumatına görə son hesabatlardan aydın olur ki, görülmüş işlər istənilən nəticə vermir. İcra edilən layihələr əslində gözlənildiyindən artıq effekt verə bilərdi. Lakin mühitin fərqli olması, şəkərli və yağlı qidalardan istifadə, kompüter, televiziya, facebook asıllılığı kimi səbəblər piylənmə səviyyəsini azaltmaqda və idman vərdişini artırmaqda müxtəlif çətinliklər yaradıb. Tədqiqatlar sübut edib ki, gərək uşaqlarda gərəksə yetkinlərdə, davamlı yuxu və həddindən artıq köklük arasında əlaqə mövcuddur. Belə ki, düzgün yuxu saatları olmayanların beynində kompleks qərarlar qəbul edən bölgələr təsirlərə məruz qalır və həmin insanlar sağlam olmayan qidalara yönəlir. Bundan əlavə səhv yuxu aclıq hormonunun düzgün fəaliyyətində dəyişmələrə səbəb olur. Qida alışını təşkil edən və "doyum" siqnalını verən leptin səviyyəsinə təsir edir (azldır). Buda öz növbəsində iştahı, yağ istehsalını və fiziki böyüməyi təmin edən "ghrelin"-nin səviyyəsini yüksəldir.
Həmin problemlərin həlli üçün düzgün qidalanmaq, idman etmək, faydalı işlərlə məşğul olmaq və normal yuxu yatmaq vacibdir.


Tarix: 08.01.2015 / 12:12 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Saglamliq
loading...