Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hava və səhhətimiz

Havaların qəflətən kəskin olaraq dəyişməsi, güclü küləyin əsməsi, yağışın yağması və s. son zamanlar bir çox insanların həssasalığını artıraraq onları dözümsüz etmişdir. Çoxları bu və ya digər meteoroloji həssaslığa adekvat reaksiya ilə cavab verə bilmir. Bu isə özünü müxtəlif insanlarda müxtəlif cür büruzə varir.
Rusiya Tibb Elmləri Akademiyasının həkimləri belə hesab edirlər ki, meteoroloji dəyişkənlikləri dəf etmək üçün insanların aktiv həyat tərzi keçirməsi və düzgün qidalanması vacib amillərdəndir.

Alimlər hesab edirlər ki, adətən insanlarda meteohəssaslıq genetik olaraq və baş beyin damarlarının xəstəlikləri ilə bilavasitə bağlıdır. Əgər insanlar vegeto-damar dəyişikliklərindən əziyyət çəkirlərsə, onda yetkin dövrdə (yəni 20 yaşdan yuxarı) barometrik təzyiqin dəyişikliyi ilə bağlı baş ağrıları müşahidə oluna bilər. Alimlər hesab edirlər ki, o insanlar daha çox meteohəssas olurlar ki, onlar 14-16 yaşlarında vegeto-damar distoniyasından əziyyət çəkmişlər və ya doğularkən patoloji problemlərlə üzləşmişlər. Lakin baş ağrılarının daha bir səbəbi də ola bilər. Bu, fiziki aktivliyin kifayət qədər olmamasıdır. Uşaqlarda sərf edilməyən enerji bolluğu baş ağrılarının yaranmasına şərait yaradır və hər hansı bir barometrik dəyişiklik onlarda özünü büruzə verir. Belə uşaqlar isə daha yetkin dövrdə depressiyadan əziyyət çəkirlər. Gənclərin müasir şəraitə uyğunlaşa bilməməsi isə ilk növbədə mərkəzi sinir sisteminə təsir edir və baş ağrıları ilə özünü büruzə verir. Barometrik təzyiq artdıqca damarlar daralır və baş ağrıları başlayır. Bu o deməkdir ki, yaşlılar risk qrupuna aid edilirlər.

Ekspertlərin fikrincə, meteoroloji dəyişikliklərə dözümlü olmaq və həssaslığı azaltmaq üçün düzgün və balanslaşdırılmış qidalanmanın da əhəmiyyəti az deyil. Alimlər təklif edirlər ki, səhər yeməyində ət və ya dəniz balığı timsalında zülal qəbul edilməli, naharda şorba ilə kifayətlənməli, şam yeməyi isə daha yüngül olmalıdır. Yeməklər arası meyvə və tərəvəzlərdən hazırlanmış salatlara, meyvə şirələrinə üstünlük vermək məsləhətdir. Qida qəbulu hər 3-4 saatdan bir olmalıdır. Beynin düzgün və vaxtında qidalanması onun normal işləməsini təmin edən əsas amillərdən biridir.


Tarix: 10.01.2013 / 13:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 258 Bölmə: Saglamliq
loading...