beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

«Dukan» Pəhrizi

Hər il bu sahə yeniliklərlə zənginləşir. Sizi yeni “Dukan” pəhrizi ilə tanış etmək istəyirik.

Bu yeni pəhrizi isveç həkimi Pyer Dukan kəşf edib, o artıq 30 ildir ki, qida məslələri ilə məşğul olur.

Pəhrizin ilk mərhələləsi “Hücum” adlandırılır

Siz intensiv olaraq çəki itirirsiniz. Xüsusi siyahıdan 78 məhsulu yeməyə icazə var. İlk günlər ağır keçə bilər. Bu mərhələnin əsas prinsipi: nə qədər istəyirsən ye, lakin siyahıdan kənara çıxma. Əsas o dur ki, 3 dəfədən artıq gündə qida gəbul etmək olmaz.

Həmçinin 1,5 litr su içmək lazımdır. Digər vacib bir hal, gün ərzində 1,5 xörək qaşığı yulaf kəpəyini yeməlisiniz.

Bu mərhələdə artıq ən azı 20 dəqiqə gündə idman ilə məşğul olmalısız.

Pəhrizin ikinci mərhələsi “Kruiz” adlandırılır

Bu mərhələdə istənilən çəki əldə olunur. Burada sizin zülal və tərəvəz (28 adda) yeməyiniz növbələnir. Beləki: 5 gün zülal, 5 gün qarışıq; 1 gün zülal, 1 gün qarışıq; 2 gün zülal, 2 gün qarışıq.

Pəhrizin üçüncü mərhələsi “Möhkəmlənmə” adlandırılır

Bu mərhələdə siz hər 10 günə 1 kilo arıqlayırsız. Bu mərhələ sizi pəhrizdən çıxmağa hazırlaşdırır.

Pəhrizin dördüncü mərhələsi “Stabilləşmə” adlandırılır

Burada pəhrizdən əsas çıxış baş verir, lakin unutmayın ki, itirilən çəki çox asandlıqla geri qayıda bilər.

Qeyd etdiyimiz məhsul siyahısı
Mal əti və ya dovşan əti.
Toyuq və hinduşka əti.
Azyağlı vetçina.
Qaraciyər.
İstənilən balıq və dəniz məhsulları.
Yumurta.
Azyağlı süd məhsulları.
Ədviyyat, otlar, soğan, sarımsaq, limon suyu.
Ənginar, asparaqus, brokkoli, kələm, kərəviz, xiyar, pomidor, bibər, göbələk, razyana, borani və sair.

Bu cür pəhriz, sizin artıq çəkinizin yüksək olsa da, müsbət nəticə verir. Zülalın bol olması sizə həmişə özünüzü doymuş hiss eləməyə kömək edir.

Lakin Xanım.Net tövsiyyə edir ki, pəhrizi seçərkən, mütləq həkimə müraciət edin.


Tarix: 27.12.2012 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 591 Bölmə: Saglamliq