beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tualetdə çox oturmaq qadınlar üçün təhlükəlidir

Ayaqlarını aşırmaq və tualetdə çox oturmaq qadınlar üçün təhlükəlidir.

Milli.Az xəbər portalı bildirir ki, Mərkəzi Malaziyada Çin təbabətinə əsaslanaraq fəaliyyət göstərən M.J. sağlamlıq mərkəzinin hesabatında, ayaqları bir-birinin üstünə aşırmağın qan laxtalanmasını gecikdirdiyi deyilir. Buna görə bel burxulması, əzələ dartınması, onurğa sütunu fəqərələrinin ayrılması, skleroz və s. kimi ciddi xəstəliklərə səbəb olduğu bildirilib.

16 min 61 nəfər arasında keçirilmiş sorğu nəticəsində modern yaşamağın insan sağlamlığında ciddi problemlər yaratdığı məlum olub.

Bununla yanaşı, tualetdə çox oturmağın ziyanlı tərəfləri də araşdırılıb. Bu məkanda çox oturmağın və kitab oxumağın hemoroid, qəbzlik yaratdığı, bağırsaqların tənbəlləşməsinə səbəb olduğu açıqlaması verilib.


Tarix: 27.12.2012 / 19:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Saglamliq