Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Günləri sayırıq

Beləliklə, sənə lazım olan tək şey zərərli qidalardan imtina edib, düzgün qidalanmaq və faydalı işlərlə məşğul olmaqdır (sənə faydalı və zərərli olanların siyahısı sağdadır).

Proqram 28 gündən (4 həftə) sonra fəaliyyətə keçəcək və sən özünü tamamilə yeni insan kimi hiss edəcəksən. Gün-gündən daha rahat olacaqsan.
1-ci həftə

Heç olmasa, gün ərzində bir qıda qəbulu faydalı ərzaqlardan verməz- Gün ərzində, heç olmasa, faydalı iş görmək şərtdır.
2-ci həftə

Artıq gün ərzində iki dəfə faydalı yemək yeməli, iki faydalı iş görməlisən. Pis vərdişlərdən isə həmişəki kimi uzaq dur.
3-cü həftə

Gün ərzində 3 qida qəbulunun faydalı ərzaqlardan ibarət olması və 3 faydalı işlə məşğul olmaq vacibdir. Zərərli qidanın kalorisi isə sutkada 900 kkal-nı keçməməlidir.
4 həftə

Səhər yeməyi, qəlyanəltı, nahar və axşam yeməyi tamamilə faydalı qidalardan ibarət olmalıdır. Üstəlik, gün ərzində 4 faydalı iş. Zərərli qidanın kalorisi isə sutkada 600 kkal-ni keçməməlidir.

Gələcəkdə də bu sxem üzrə hərəkət etməyə çalış: gün ərzində maksimum 2 zərərli ərzaq yemək olar və ən azı, 4 faydalı iş görmək lazımdır!

Serotonim çatışmazlığı
Faydalı ərzaqlar: yağsız ağartı, toyuq əti, yumurta, mal əti, qızılbalıq, tunes, hind toyuğu, ağ balıq, noxud, fıstıq, avokado, brokkoli, kök, xiyar, sarımsaq, yaşıl lobya, göbələk, ispanaq, qaragilə, limon, zeytun, moruq, çiyələk, xardal, sirkə, qara istiot, zəncəfil, qara şokolad.
Zərərli ərzaqlar: kartof, şirniyyat, hazır şirələr, qənnadı məmulatları (tort, pirojna, dondurma), çips və krekerlər, qazlı su, ağ çörək, makaron məmulatları, adi şokolad.
Faydalı İşlər: sakit danışmaq, biş-düşlə məşğul olmaq, qucaqlaşmaq, üzr istəmək, güzəştə getmək, xoş sözlər demək, zarafat etmək, komediyalara baxmaq, güzgüdə öz əksinə gülümsəmək, rəqs etmək, vaxtında yatmaq, uşaq/it/pişiklə oynamaq, toxumaq, klassik musiqi dinləmək, borcları qaytarmaq, yun corab geyinmək, mahnı oxumaq, nahardan sonra bir az mürgüləmək, gündəlik yazmaq.



Dopamin çatışmazlığı
Faydalı ərzaqlar: yağsız pendir, yağsızlaşdırılmış süd, qəhvəyi düyü, sıyıq, toyuq əti, siyənək balığı, qızılbalıq, alabalıq, tunes, yaşıl və qırmızı paxla, badam tumu, fıstıq, günəbaxan tumu, alma, banan, albalı, portağal, üzüm, armud, gavalı, çuğundur, kərəviz, soğan, balqabaq, darçın, pomidor, nanə, reyhan, qara şokolad.
Zərərli ərzaqlar: bekon, qənnadı məmulatları, spirtli içkilər, tort, yağ, fastfud, kolbasa məmulatları, qızardılmış yeməklər, qazlı içkilər.
Faydalı İşlər: rəfiqənlə gəzinti təşkil etmək, müsabiqələrdə iştirak etmək, evi səliqəyə salmaq, qeyri-adi yemək bişirmək, könüllü olaraq işləmək, saçlarını başqa rəngə boyamaq, xarab olan əşyaları düzəltmək, öpüşmək, velosipeddə gəzişmək, telefona video yazmaq, evi təmir etmək, dırnaqlarını boyamaq, şəkil çəkmək, yeni tanışlar əldə etmək, bloq yazmaq, yağış altında gəzişmək.



Hər iki hormonun çatışmazlığı
Faydalı ərzaqlar: qırmızı və yaşıl bölmədə göstərilən hər şey (bəli, məhz hər şey). Əgər bizim 4 həftəlik pəhrizimizə əməl etmək qərarına gəlmisənsə, qırmızı və yaşıl bölmədə yazılan bütün ərzaqlardan yarıbayarı yeməyə çalış. Beləliklə, həm dopamin, həm də serotoninin səviyyəsini qaldırmış olacaqsan.
Zərərli ərzaqlar: hər iki bölmədə adı çəkilən ərzaqları yeməyin məsləhət deyil. Düzdür, bir tərəfdən, zərərli ərzaqlar çoxluq təşkil edir, digər tərəfdən isə faydalı ərzaqlar da hədsiz çoxdur, ona görə də seçim şansın var.
Faydall İşlər: hər iki hormon çatışmazlığı səndə apatiya ilə müşahidə olunur. Əhvalını pozmağa dəyməz. Yuxarıda sadalanan bölmədən sənə xoş gələnləri şeç. Vaxt keçdikcə işlərdən həzz almağa başlayacaqsan, hətta təmir də sənə maraqlı məşğuliyyət kimi gələcək.


Tarix: 26.12.2012 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 680 Bölmə: Saglamliq
loading...