beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İldırım Qasımlı - Yaradıcılığı

İstedadlı pedaqoq, alim, teatrşünas və jurnalist kimi tanınan İldırım Qasımlı yüksək ictimai rəyə malik olan ziyalılarımızdandır.

İ.Qasımlı APİ-nin tarix-filologiya fakültəsində oxuyarkən burada F.Qasımzadə, Ə.Dəmirçizadə, İ.Şıxlı, Ş.Qurbanov, K.Qəhrəmanov, S.Əfəndiyev, Ə.Hüseynova kimi yazıçı və alimlərdən dərs alması onun ədəbi-estetik dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. İnstitutun yuxarı kurslarından başlayaraq "Ədəbiyyat və incəsənət", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Pioner", "Sumqayıt", "Azərbaycan", "Ulduz", "Literaturnı Azerbaydjan" və başqa qəzet və jurnallarda publisist və ədəbi-tənqidi məqalələrlə çıxış edir. İ.Qasımlı 1967-1969-cu illərdə "Sumqayıt" qəzetində ədəbi işçi və məsul katib vəzifələrində çalışmışdır.

İldırım müəllim pedaqoji fəaliyyətə Sumqayıt məktəblərində başlamışdır. Şəhərdəki politexnikumda, tibb məktəbində, pedaqoji seminariyada Azərbaycan dili və tarix, ədəbiyyat, fəlsəfə, politologiya, iqtisad nəzəriyyəsi, etika, estetika, din tarixi və başqa humanitar və ictimai-siyasi fənnləri həvəslə tədris edir. O, Sumqayıt Tibb məktəbində 27 il müəllim və tədris işləri üzrə direktor müavini işləmiş və bu illər ərzində məktəbin təlim-tərbiyə işlərinin elmi, pedaqoji və metodiki bünövrəsini qoymuşdur. O, heç bir pedaqoji və metodiki təhsili və təcrübəsi olmayan həkim kadrların hesabına respublikada sayılıb seçilən güclü bir pedaqoji kollektiv formalaşdırmışdır. Pedaqoji fəaliyyətlə yanaşı, elmi işlə də müntəzəm məşğul olan İ.Qasımlı Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı kimi Azərbaycan nəsrinin bəzi problemlərini tədqiqata cəlb edir. O, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru Yəhya Seyidovun rəhbərliyi ilə "Əli Vəliyevin romanları" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adı alır. 1978-ci ildə "Əli Vəliyev" adlı monoqrafiyasını nəşr etdirir.

Teatr, kino, musiqi, rəssamlıq haqqında maraqlı yazıları ilə tez-tez mətbuatda yazılar çap etdirən İ.Qasımlının yaradıcılığında incəsənət çox mühüm yer tutur. Teatr həvəskarları onu H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrınıın səlnaməçisi kimi tanıyırlar. 1969-cu ildən yaradıcılığa başlayan teatrın elə bir tamaşası olmayıb ki, bu zəhmətkeş insan onun haqqında resenziya yazıb çap etdirməsin. İ.Qasımlının "Sumqayıtın teatr həyatı" kitabı bu həvəsin nəticəsidir.

İldırım Qasımlının yaradıcılığının baş mövzusu mənəviyyatdır. Onun ədəbiyyat, incəsənət, pedaqpgika, fəlsəfə, psixologiya, siyasət, etika, estetika, din və başqa sahələrə həsr olunmuş yazılarında insanın daxili mənəvi aləmi başlıca yer tutur.


Tarix: 06.02.2015 / 17:22 Müəllif: Feriska Baxılıb: 197 Bölmə: Qərbi Azərbaycan