Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saşa Əliyev

Həyatı
Saşa Əliyev 1951-ci il noyabrın 5-də Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. Valideynlərini çox erkən itirən Saşa dayısı Əli Əliyevin himayəsində qalıb. 1958-ci ildə Torf 8 illik məktəbin 1-ci sinfinə daxil olur. 1968-ci ildə isə Çaxırlı kənd orta məktəbini bitirmişdir.

1971-ci ildə BDU-nun kitabxanaçılıq fakültəsinə daxil olur. 1977-ci ildə həmin fakültəni bitirir.

1972-ci ildən 1988-ci ilədək kənd klubunun müdiri işləyib. Eyni zamanda Şəfəq kənd orta məktəbində tarix və erməni dilindən dərs deyib. Rayonda dərc olunan “Vardenis” qəzetində məqalələri dərc olunub.

1988-ci ildən isə Bakı şəhərində yaşayır. Dövlət Statistika Komitəsi, Qaçqınlar Cəmiyyətində və müxtəlif cəmiyyətlərdə məsul vəzifələrdə çalışıb. Müxtəlif dövri mətbuatda deportasiya ilə bağlı maraqlı məqalələri dərc olunub.

1996-cı ilin may ayından Tibb Universitetinin əsaslı kitabxanasında direktor müavini işləyir.

2002-ci ildə Beynəlxalq Kitabxana Cəmiyyətinin xətti ilə İrəvanda keçirilən “Müasir dövrdə ali məktəb kitabxanalarının vəziyyəti” adlı seminarda iştirak edib.

2002-ci ildə “Dünyamızdan nigaranam” adlı şeir kitabı işıq üzü görüb.

Hazırda yaradıcılığını davam etdirir.

Kitabları
"Dünyamızdan nigaranam", Bakı, Nurlan, 2002. 180 səh., 500 nüsxə.


Tarix: 05.02.2015 / 18:22 Müəllif: Feriska Baxılıb: 150 Bölmə: Qərbi Azərbaycan
loading...