beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəmsi Qoca

Şəmsi Adilxan oğlu Qocayev - şair, puiblisist.

Həyatı
Şəmsi Adilxan oğlu 27 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində anadan olub.

1982-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini bitirib.

1982-2005-ci illərdə Saatlı rayonunun məktəblərində müəllim, direktor müavini, məktəb inspektoru, RTŞ-nin müdir müavini vəzifələrində işləyib.

2006-cı ildən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdılrma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyir. Müntəzəm olaraq dövri mətbjuatda elmi-metodik, publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələrlə çıxış edir. "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır.

Bir sıra dərs vəsaitlərinin, dərsliklərin və şeir kitablarının müəllifidir."Bakı təhsili" qəzetinin yaradıcısı və ilk baş redaktoru olmuşdur. 30 yanvar 2013-cü il tarixdən Binəqədi rayonundakı 126 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir.

Ailəlidir. Bir oğlu, iki qızı var.

Əkbər Qocayevin qardaşıdır.
Əsərləri
1."Gecə nəğmələri" (şeirlər), Bakı, 1999.
2."Könlüm bənövşə yarpağı" ( şeirlər), Bakı, 2006.
3."Ruhuma yağış yağır") şeirlər), Bakı, 2012.
4."İxtiralar və kəşflər", Bakı, 2005.
5."Həyati Bacarıqlara Əsaslanan Təhsil", Bakı, 2006.


Tarix: 05.02.2015 / 16:10 Müəllif: Feriska Baxılıb: 142 Bölmə: Qərbi Azərbaycan