beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahlar Hüseynov

Həyatı
26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur. 1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı
Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.

Ailəsi
Subay idi.

Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Gəncə şəhərində adına küçə var.


Tarix: 05.02.2015 / 16:26 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Qərbi Azərbaycan