beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsrəddin Sadıqov

Həyatı
1954-cü il, dekabrın 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olub.
1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub.
1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb.
1993-cü ildən BDU-da çalışır.
Ailəlidir, üç övladı var.

20 Yanvar şəhidi Yusif Sadıqovun qardaşıdır.
Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın qardaşıdır.
Təhsili, elmi dərəcə və elmi adları
1972-1977,tələbə, Mexanika-riyaziyyat fakültəsi,BDU
1981-1984,dissertant, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
1984, f.-r.e.n., «Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi»
1993, f.-r.e.d., «Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi»
Əmək fəaliyyəti
2008- h/h , professor, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
1998-2008, professor, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU
1997-1998, baş müəllim,Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU
1994-1998, şöbə müdiri, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
1987-1993, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
1985-1987, kiçik elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
1981-1985, proqramçı-riyaziyyatçı, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu
1979-1981, mühəndis-proqramçı, Azərbaycan EA-nın Kibernetika İnstitutu
1978-1979, baş laborant, Azərbaycan EA-nın Kibernetika İnstitutu
Apardığı dərslər
Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə.

94 elmi məqalənin və 5 monoqrafiyanın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfranslar iştirakçısı, 99 seçilmiş əsərləri, 8 kitabın müəllifidir.


Tarix: 05.02.2015 / 17:46 Müəllif: Feriska Baxılıb: 69 Bölmə: Qərbi Azərbaycan